Braziliyalı müğənni təyyarə qəzası nəticəsində həlak olub

6-11-2021, 08:28           
Braziliyalı müğənni təyyarə qəzası nəticəsində həlak olub
Braziliyalı müğənni Mariliya Mendosa göyərtəsində olduğu yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.

Trend-in məlumatına görə, bu barədə qəzanın baş verdiyi Minas-Jeyras ştatının yanğınsöndürmə xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Minas-Jerais Hərbi Yanğından Mühafizə Xidməti bildirir ki, yüngülmühərrikli "Beech Aircraft" təyyarəsi cümə günü Pyedadi-di-Karatinqa (bələdiyəsinin - red.) kəndi ərazisində qəzaya uğrayıb. Yanğından Mühafizə Xidməti təsdiq edir ki, təyyarənin göyərtəsində olan müğənni Mariliya Mendosa həlak olub".

"G1" portalının məlumatına əsasən, qəza nəticəsində həmçinin 26 yaşlı müğənnin prodüsseri, onun dayısı və iki pilot da həlak olub. M.Mendosa Minas-Jeyras ştatına konsert verməyə yollanırmış.

Qəzanın səbəbi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru