Məşhur müğənni səhnədə ağladı - Səbəbi isə...(FOTO)

23-11-2021, 07:28           
Məşhur müğənni səhnədə ağladı - Səbəbi isə...(FOTO)
Məşhur britaniyalı müğənni Adel London konsertində qarşılaşdığı sürprizlə göz yaşlarına qərq olub.
Konsertdə aktrisa Dam Emma Tompson Adelə gənc yaşlarında kimdən ilham aldığı ilə bağlı sual ünvanlayıb. İfaçı ingilis dili müəllimi Makdonaldın adını çəkərək bu sözləri işlədib:
“İngilis dilimdə problem var idi, amma indi mahnıların sözlərini yazıram. Makdonald çox xarizmatik və cəlbedici idi. O, həqiqətən bizimlə maraqlanırdı. İngilis dili dərslərimi səbirsizliklə gözləyirdim”.
O, çıxışının ardından səhnəyə çıxan ingilis dili müəllimini gördükdən sonra duyğulanıb və onlar qucaqlaşıblar. Adel onun nömrəsini alacağına və əlaqə saxlayacağına söz verib.
Adel ağladıqdan sonra pozulan makiyajını yeniləmək üçün qısa müddətliyinə səhnəni tərk edib.
gundelik baki













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru