Kult ifaçı Emi Uaynhausun əlyazmaları və şəxsi əşyaları nümayiş olunub - FOTO/VİDEO

27-11-2021, 09:18           
Kult ifaçı Emi Uaynhausun əlyazmaları və şəxsi əşyaları nümayiş olunub - FOTO/VİDEO
Güclü kontralto səsi və eksentik musiqi janrlarında ifası ilə məşhur olan mərhum britaniyalı müğənni və bəstəkar Emi Uaynhausun ölümünün 10-cu ildönümü ilə əlaqədar Londonda sərgi təşkil olunub.

“Amy: Beyond the Stage” (“Emi: Səhnədən kənar”) ekspozisiyası ulduzun atası Mitç Uaynhausun fəal iştirakı ilə yaradılıb. Burada onun mahnılarının əlyazısı olan əzilmiş kağızlar, şəxsi fotoları, konsert geyimləri və ayaqqabıları nümayiş edilib.


Qeyd edək ki, əsasən R&B, soul və caz stillərində ifa edən Emi Uaynhaus 2000-ci illərin aparıcı musiqiçilərindən biri olub. Onun 2006-cı ildə çıxan “Back to Black” adlı albomu 5 “Grammy” mükafatına layiq görülüb. İfaçı həmçinin 2007-ci ildə “Ən yaxşı britaniyalı qadın ifaçı” kimi “Brit Awards” mükafatı alıb.
Uaynhaus 2011-ci il iyul ayının 23-də alkoqoldan zəhərlənərək ölüb.





Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru