ATV-nin üç əməkdaşı işdən ayrıldı - AÇIQLAMA

3-12-2021, 18:38           
ATV-nin üç əməkdaşı işdən ayrıldı - AÇIQLAMA
Sosial şəbəkələrdə Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşları - Kamran Yaradanquliyev, Təranə Turan və prodüser Şahin Əlizadənin işdən ayrılmaları ilə bağlı məlumat yayılıb.

Correct.az xəbər verir ki, yayılan iddialara görə telekanalda yaranan müəyyən anlaşılmazlıqlar onların işdən ayrılmasına səbəb olub.

Bu barədə saytımıza açıqlama verən ATV-nin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli bildirib ki, sosial şəbəkələrdə yayılan iddialar həqiqəti əks etdirmir:

“ATV səhər” verilişinin aparıcıları - Kamran Yaradanquliyev, Təranə Turan və prodüser Şahin Əlizadə öz istəkləri və təşəbbüsləri ilə ərizə yazaraq işdən ayrılıblar. ATV telekanalında nələrinsə baş verməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru