Danilonun arvadı 1 milyon təzminat istədi

7-12-2021, 08:18           
Danilonun arvadı 1 milyon təzminat istədi
"Master Chef Türkiye" yarışmasının jürisi, italyan aşpaz Danilo Zanna və həyat yoldaşı Tuğçe Demirbileyin boşanma prosesində problem yaranıb.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük təzminat mövzusunda razılığa gələ bilmədiyi üçün boşanmaq üçün ərizə yaza bilməyib. Danilo həyat yoldaşına İstanbulun Etiler səmtindəki evi, oğullarının qəyyumluğunu, təhsil xərclərini və ayda 20 min lirə alimentlə yanaşı, boşanma təzminatı kimi 500 min avro verməyi təklif edib.

Bu təklifi qəbul etməyən Tuğçe Demirbilek 9 illik evlilikləri üçün aşpazdan 1 milyon avro istəyib, Danilo isə 500 min avroda israr edib və protokol tərtib olunmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru