Rəşad Haşımovun ölkədən çıxışına “stop” qoyuldu

9-12-2021, 11:12           
Rəşad Haşımovun ölkədən çıxışına “stop” qoyuldu
“Rast” qrupunun yaradıcısı və rəhbəri, Əməkdar artist Rəşad Haşımovun ölkədən çıxışına qadağa qoyulub.
Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, onun 6 min manata yaxın vergi borcu var. Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin iddiası əsasında R.Haşımovla bağlı ərizəyə baxılıb. Məhkəmə tərəfindən iddia təmin edilib və Əməkdar artistin respublika hüdudlarından kənara çıxışı məhdudlaşdırılıb.
Qeyd edək ki, R.Haşımov 1993-cü ildə "Rast" qrupunu yaradıb və hazırda da həmin kollektivin bədii rəhbəridir. O, Xalq artisti Ceyran Haşımovanın oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru