2022-ci ilin rəngi seçildi - FOTO/VİDEO

10-12-2021, 09:28           
2022-ci ilin rəngi seçildi - FOTO/VİDEO
Amerika Pantone Rəng İnstitutunun (Pantone Color Institute) mütəxəssisləri 2022-ci ilin əsas rəngini müəyyən ediblər. Bu, bənövşəyi-qırmızı alt tonu əlavə edilmiş göy çalardır.

“Göy rəngin keyfiyyətlərini bənövşəyi-qırmızı rənglə birləşdirən “Pantone 17-3938 Very Peri” enerjili, şən əhval-ruhiyyəni, həmçinin cəsarətli yaradıcılığa və obrazlılığa təşviq edən dinamik varlığı nümayiş etdirir”, - deyə institutun icraçı direktoru Leatris Eysman bildirib.


Pantone Color Institute - rənglə eksperimental işlərə və onun müxtəlif sənaye sahələrinə (moda, çap, interyer dizaynı, reklam, film və s.) təsirinə həsr olunmuş “Pantone”un tədqiqat mərkəzidir. İnstitut 2000-ci ildən əsas rəngi müəyyənləşdirir.

2021-ci ildə təşkilat bir anda ilin iki əsas rəngini seçmişdi - tünd boz “Pantone 17-5104 Ultimate Grey” və parlaq sarı “Pantone 13-0647 Illuminating”.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru