Amerikalı pop müğənni Skayler Hiks ölü tapılıb - FOTO/VİDEO

10-12-2021, 09:43           
Amerikalı pop müğənni Skayler Hiks ölü tapılıb - FOTO/VİDEO
Amerikalı pop müğənni Skayler Hiks Cənubi Karolinada dostunun evində ölü tapılıb.

23 yaşlı ifaçının yaxınları onun ölümünü sosial şəbəkələrdə təsdiqləyiblər.

Artistin anası Codi Hiksin dediyinə görə, qızı depressiya və psixi qeyri-sabitlikdən əziyyət çəkirmiş, həmçinin psixoaktiv maddələrdən sui-istifadə edib.

KİV-də yayılan məlumata görə 2017 və 2018-ci illərdə gənc ifaçı sərxoş halda ailə üzvlərinə, o cümlədən öz nənəsinə hücum etdiyi üçün həbs edilib.

Tez-tez müğənni Selena Qomez ilə müqayisə olunan Hiks on dörd yaşında Amerikanın “America's Got Talent” televiziya şousunda şöhrət qazanıb.

Mənbə: Deadline












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru