"Avroviziya" təmsilçisi faciəvi şəkildə ÖLDÜ

1-12-2022, 09:39           
"Avroviziya" təmsilçisi faciəvi şəkildə ÖLDÜ
"Qili və Qalit" dueti ilə 1989-cu ildə Avroviziya mahnı müsabiqəsində tanınan israilli müğənni Qalit Şira Burq avtomobil qəzasında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, İsrailin Kfar Daniel kəndi yaxınlığında baş verən qəzada 54 yaşlı müğənninin avtomobili yük maşını və digər nəqliyyat vasitəsiylə toqquşub. Hadisə yerinə gələn həkimlər Qalit Burqun həyatını xilas edə bilməyiblər.

Toqquşma nəticəsində həmçinin 20 yaşlı yük maşınının sürücüsü və ikinci avtomobili idarə edən 30 yaşlı qadın yüngül xəsarət alıb. (Axşam.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru