Türkiyədə 1 milyonluq sual "müəmması" - Video

12-12-2022, 08:01           
Türkiyədə 1 milyonluq sual "müəmması" - Video
Türkiyənin ATV telekanalında yayımlanan “Kim milyonçu olmaq istər” verilişində 3 illik aradan sonra ilk dəfə bir iştirakçı 1 milyonluq suala qədər gələ bilib.

Axar.az xəbər verir ki, iştirakçıya təqdim olunan 1 milyonluq sual “Kitavi-Dədə Qorqud” ilə bağlı olub.

Belə ki, iştirakçıya təklif olunan cavablarda ona hansı xarakterin “Kitabi-Dədə Qorqud”da iştirak etmədiyi soruşulub.

Sözügedən verilişdə verilən sual sosial şəbəkələrin Azərbaycan seqmentində də müzakirələr yaradıb. Belə ki, sosial şəbəkə istifadəçiləri sualın asan olduğunu bildiriblər.

Qeyd edək ki, iştirakçı sualla bağlı tərəddüd etdiyi üçün cavab verməkdən imtina edib. O, oyunu 400 min TL (36.492 manat) ilə tərk edib.

Sualın cavabı isə A variantı (Bala Xatun) olub.

20 yaşlı iştirakçı Batu Alıcı Boğaziçi Universitetində elektrik və elektronika ixtisası üzrə təhsil alır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru