65 yaşlı Alek Bolduin ilk dəfə baba olub - FOTO

20-05-2023, 12:48           
65 yaşlı Alek Bolduin ilk dəfə baba olub - FOTO
Amerikalı məşhur aktyor Alek Bolduin və onun keçmiş həyat yoldaşı, aktrisa Kim Beysincer ilk dəfə baba-nənə olublar.

Alek Bolduinin 27 yaşlı böyük qızı Ayrlend və onun sevgilisi, musiqiçi Andre Allen Anjosun qızı dünyaya gəlib.

Cütlük körpə ilə ilk şəkli “Instagram”da paylaşıb. Onlar yeni doğulan körpənin adını Holland qoyublar.
Ayrlenddən başqa, 65 yaşlı Bolduinin hazırkı həyat yoldaşı, yoqa təlimatçısı Hilaria Tomasdan yeddi övladı var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru