"Koroğlu" dastanını tənqid etdi: "Deyir qarşıdan iki bacı gəlir, biri... " - VİDEO

17-01-2024, 16:37           
"Koroğlu" dastanını tənqid etdi: "Deyir qarşıdan iki bacı gəlir, biri... " - VİDEO
"Mənim əlimdə olsa Azərbaycan folklorundan atalar sözlərini və xalq mahnılarını yığışdıraram, hamısı boş sözlərdir".

TEREF azxəbər-ə istinadla bildirir ki, bu sözləri tanınmış şair və jurnalist Anar Vəziroğlu deyib.

MTV Azərbaycan kanalında "Qum saatı" verilişində maraqlı açıqlamalar verən şair, şifahi xalq ədəbiyyatını tənqid edib:

"Baxırsan mahnıya, deyir qarşıdan iki bacı gəlir. Biri gözümün nuru, bir başımın tacı. Bu nə demək istəyir? Nə ötürür bunlar gələcək nəsilə? Mənim başımda müasirlik yoxdursa, mən bu mahnılarla, deyimlərlə uşağıma nə öyrədə biləcəm?".

Daha sonra o, "Koroğlu dastanı"nı da tənqid edib:

"Mən necə deyim ki, ay camaat gedin Koroğlunu oxuyun? Oxuyanda görəcəklər ki, orada deyir "Dərədə yatmış idim, top atdılar oyanmadım". Ona tapşırılan kənizləri qoruya bilməyən bir adamdan biz nə öyrənək? Hamısı boş sözlərdir".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru