Madonna altı uşağı ilə fotosunu paylaşdı

21-08-2024, 10:47           
Madonna altı uşağı ilə fotosunu paylaşdı
Dünya ulduzu Madonna altı - öz və övladlığa götürülmüş uşaqları ilə birlikdə nadir fotosunu nümayiş etdirib.

Oxu.Az Gazeta.ru-ya istinadən bildirir ki, 66 yaşını qeyd edən ulduz ailə fotosunu sosial şəbəkə hesabında yerləşdirib.

Şəkil müğənninin İtaliyada ad günü şənliyində çəkilib. Şəkildə 27 yaşlı Lurdes Leon, 24 yaşlı Rokko Riçi, 18 yaşlı Devid Banda, 18 yaşlı Mersi Ceyms və 11 yaşlı əkizlər Stella və Ester analarının yanında dayanıblar.

Qeyd edək ki, Madonna iki dəfə ailə qurub. Müğənninin ilk əri aktyor Şon Penn olub. İkinci dəfə rejissor Qay Riççi ilə ailə qurub və ondan Rokko adlı bir oğlu dünyaya gəlib. O, qızı Lurdesi şəxsi fitnes məşqçisi Karlos Leondan dünyaya gətirib. Devid, Mersi, Stella və Ester övladlığa götürülmüş uşaqlardır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru