Xalq artisti boşadığı xanımına tərif yağdırdı -“Şans ulduzumsan“

28-08-2024, 12:44           
Xalq artisti boşadığı xanımına tərif yağdırdı -“Şans ulduzumsan“
Xalq artisti boşadığı xanımına tərif yağdırdı -"Şans ulduzumsan"Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov öz sosial şəbəkə hesabında ayrıldığı həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko ilə bağlı maraqlı paylaşım edib.

Lent.az xəbər verir ki, o, xaricdə baş tutmuş bir opera konsertində Anna ilə birlikdə səhnə paylaşdıqlarını yazaraq, onun ünvanına təriflər yağdırıb:

"Dünən Linsdə "Puccini Gala" adlı gözəl konsertimiz baş tutdu. Gecə emosiyalar və möhtəşəm musiqi ilə dolu oldu. Anna Netrebko, heyrətamiz istedadına, həyatımda olduğuna görə sənə təşəkkür etmək istəyirəm. Sənə görə şanslı ulduzlarıma hər zaman təşəkkür edəcəyəm. Çox yaşa... Sən musiqisən".
Qeyd edək ki, Xalq artistləri boşansalar da, dostluq münasibətləri davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru