Tanınmış müğənni xərçəngə yoluxdu – FOTO

28-09-2024, 18:38           
Tanınmış müğənni xərçəngə yoluxdu – FOTO
Türkiyəli müğənni Selcan Asyalı süd vəzi xərçənginə tutulub.

Tribunainfo.az bildirir ki, o kimyaterapiya qəbul etdiyi üçün saçlarını kəsdirmək məcburiyyətində qalıb.

Selcanın saçlarını öz qardaşı kəsib.

Bu barədə ifaçı sosial şəbəkədə paylaşdığı videoda bildirib.

Selcan pərəstişkarlarının da dəstəyi ilə bu xəstəliyə qalib gələcəyini vurğulayıb:

“Bu gün qardaşımın köməyi ilə saçlarımı kəsdim. Tökülməsini gözləyə bilmədim. Evin hər hansı bir yerində yaxud da yatağımda topa-topa saç görməyi qəbul edə bilməyəcəyimi düşündüm..

Mən güclü olacağımı zənn edirdim, amma doğrudu buna cəsarət edə bilmədim. Sonra saçlarımı belə kəsdik, sizin də dəstəyinizlə bu ağır müddəti keçirmək mənim üçün daha asan olacaq”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru