Almaniya avtomobil sənayesində böhran: "Volkswagen" müəssisələrini xilas etməyin yollarını axtarır

Bu gün, 15:38           
Almaniya avtomobil sənayesində böhran:
Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen"in baş direktoru Oliver Blume şirkətin dörd müəssisəsini bağlamağa məcbur olmadığını və başqa variantların mövcudluğunu qeyd edib.

Bu barədə o, "Bild am Sonntag" qəzetinə müsahibəsində bildirib.

"Zavodların bağlanmasından daha ağıllı həllər var", - deyə şirkət rəhbəri vurğulayıb.

Nəşr rəhbərliyin həyata keçirdiyi xərclərə qənaət strategiyasının artıq müsbət nəticələr göstərdiyini bildirib. Onun açıqlamasına görə, yalnız 2025-ci il ərzində Almaniya ərazisində istehsal xərclərini təqribən 20 faiz azaltmaq mümkün olub. Baş direktor bu göstəricini "ciddi irəliləyiş" kimi qiymətləndirib.

Şirkət rəhbərliyi hazırda konsernin rəqabətqabiliyyətliliyini, səmərəliliyini və dayanıqlılığını artırmaq üçün əlavə tədbirləri nəzərdən keçirir. Mətbuatda yayılan məlumatlara əsasən, təxminən 120 min işçinin ixtisara düşməsi ehtimalı var.

Bununla yanaşı, "Der Spiegel" nəşrinin məlumatına görə, Almaniyada 40 minə yaxın insanın işlədiyi dörd zavodun fəaliyyətinin təcili olaraq dayandırılması məsələsi də gündəmdədir. Həmin müəssisələr sırasına Emden, Hannover və Tsvikkau şəhərlərində yerləşən zavodlar, həmçinin "Volkswagen"in tabeliyində olan "Audi"nin Nekkartsülmdəki fabriki daxildir.

"Volkswagen" ətrafında baş verən bu proseslər Almaniyanın avtomobil sənayesində mövcud olan dərin böhranı və vəziyyətin çətinliyini bir daha sübut edir. Xatırladaq ki, bundan əvvəl digər avtomobil istehsalçıları və ehtiyat hissələri tədarükçüləri də kütləvi ixtisarlara gedəcəklərini bəyan etmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru