Stiven Siqal Rusiyada 50 zavod tikəcək

1-09-2025, 17:38           
Stiven Siqal Rusiyada 50 zavod tikəcək
Amerikalı aktyor Stiven Siqal və oğlu Dominikə məxsus "Hikari" şirkəti Rusiyanın Volqoqrad vilayətində təkrar plastik emalı zavodu tikəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə şirkətin həmtəsisçisi Mixail Zamarin məlumat verib.

"Biz ilk birgə layihəni 2026-cı ilin yayında işə salmağı planlaşdırırıq", - o deyib.

Zamarinin sözlərinə görə, bu layihə çərçivəsində 2030-cu ilə qədər Rusiyada 50 təkrar plastik emalı zavodunun tikintisi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]