Fədayənin ölüm xəbərini kim və niyə yaydı - Foto

12-11-2017, 11:26           
Fədayənin ölüm xəbərini kim və niyə yaydı - Foto
Az öncə sosial şəbəkələrdə müğənni Fədayə Laçının ölüm xəbəri yayılıb.

Axar.az xəbər verir ki, iddiaya görə, məlumatı meyxanaçı Zarina paylaşıb. Maraqlıdır ki, F.Laçının adına olan İnstaqram səhifəsini işlədən şəxs xəbərdən şok keçirdiyini, Fədayə Laçının bacısı İlahə ilə əlaqə saxladıqdan sonra məlumat verəcəyini bildirib. Bir neçə dəqiqədən sonra isə sözügedən paylaşım səhifədən silinib.

Xəbərçi.az saytı isə Fədayə Laçının bacısı İlahə Fədaya istinadla, xəbərin yalan olduğunu yazıb. Bu arada F.Laçının guya intihara uğursuz cəhd etməsi də iddia edilib.

Maraqlıdı, qeyri-səhih informasiyanın yayılmasında müğənniyə bu və ya digər formada yaxın olan şəxslər niyə iştirak edir?

Xatırladaq ki, Fədayə Laçın kriminal avtoritet, "Qoca" ləqəbli Etibar Məmmədovun qaçmasında şübhəli bilinərək həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru