Türkiyədə daha bir nəfər dağıntılar altından xilas edilib

2-11-2020, 04:52           
Türkiyədə daha bir nəfər dağıntılar altından xilas edilib
Türkiyənin İzmir şəhərində bir neçə gün əvvəl baş vermiş zəlzələnin dağıntıları arasından daha bir nəfər xilas edilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə hökuməti yanında Fövqəladə Halların Qarşısının Alınması və Fəsadlarının Aradan Qaldırılması İdarəsinin rəhbəri Mehmet Güllüoğlu özünün “Twitter”dəki səhifəsində yazıb.

“Allahıma minlərlə dəfə şükürlər olsun. Daha bir nəfəri (dağıntılar altından-red) canlı çıxarırıq inşallah”, - deyə o “Twitter”də qeyd edib.

Daha əvvəl 62 yaşlı Əminə Ərən İzmirdə baş vermiş zəlzələdən sonra dağıntılar altından sağ çıxarılıb. Məlumata görə, qadın zəlzələdən 14 saat sonra yaralı vəziyyətdə dağıntılar altından xilas olunub.

Son məlumata görə, zəlzələ zamanı 73 nəfər ölüb, 961 nəfər xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru