Fransa polisindən biabırçılıq: 10 yaşlı dörd türk uşağı həbs etdilər

7-11-2020, 08:41           
Fransa polisindən biabırçılıq: 10 yaşlı dörd türk uşağı həbs etdilər
Fransanın Albertville şəhərində polis türk türkiyəli ailənin yaşadığı evə basqın edib.

Teref.az xəbər verir ki, səhər saatlarında silahlarla evə basqın edən hüquq-mühafizə orqanının əməkdaşları 10 yaşlı 4 uşağı həbs ediblər.

Onlar 11 saat istintaq təcridxanasında saxlanılıb.

Uşaqların atası məsələ ilə bağlı açıqlama verərək bildirib ki, polislər onlara dinləri, namaz qılıb-qılmamaları, Makron-Ərdoğan münasibətləri ilə bağlı suallar veriblər:

“Sonra isə bildirdilər ki, 10 yaşlı qızım Fransanın “Charlie Hebdo” nəşri tərəfində yayımlanan Məhəmməd Peyğəmbərin karikaturasını çəkən, daha sonra öldürülən müəllim Samuel Pati ilə bağlı açıqlama verib. Buna görə də onu və digər uşaqlarımı tutublar. 10 yaşlı qızımın baş verənlərdən xəbəri belə olmayıb”.

Polis məsələ ilə bağlı açıqlama verməkdən boyun qaçırıb. oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru