Ərdoğandan Putinə qarşı demarş

6-06-2015, 17:53           
Ərdoğandan Putinə qarşı demarş
"Türkiyə Ukraynadan gələn 600-dən çox ailə üçün hər cür şərait yaradacaq"
Türkiyə Ukraynada toqquşmalar nəticəsində evlərini tərk etməyə məcbur olan qaçqınları qəbul etməyə hazırdır.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərdahan vilayətinə səfəri zamanı deyib.

Ərdoğan bildirib ki, Türkiyə Ukraynadan gələn 600-dən çox ailə üçün hər cür şərait yaradacaq. Lakin prezident ölkəsinin Ukraynanın hansı regionundan gələn qaçqınları qəbul edəcəyini açıqlamayıb.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama vermişdi ki, Rusiya Krım tatarları ilə bağlı verdiyi sözü yerinə yetirməyib. Rusiya Ankaraya söz vermişdi ki, tatar dili dövlət dili elan ediləcək.

Onun sözlərinə görə, Rusiya eyni zamanda söz vermişdi ki, Krım tatarları dövlət orqanlarında da təmsil olunacaq. Bu vədlər Rusiya prezidenti Vladimir Putinin ötən ilin dekabrın 1-də Ankaraya səfəri zamanı verilmişdi.

anspress












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]