Şah İsmayılın Farscadan çox Türkcə şeirlər yazması və Əlişir Nəvainin əsərlərinə düşkünlüyü ana dilinin Türkcə olmasından irəli gəlirdi.
14-11-2025, 10:54

Şanlı Səfəvi-Qızılbaş tariximizə dil uzadanlar, onu fars mədəniyyətinə xidmətdə, farsların "proyekti" olmasında ittiham edənlər və hər vəchlə Azərbaycan dövlətçiliyinə aid olmamasını göstərməyə çalışanlar bu yazını diqqətlə oxusunlar:
«Səfəvilər çağında İrandakı Türk topluluğu “Türk” adıyla Fars və digər ünsürlərdən ayrılırdı. Əsərlərdə “Türk”ün qarşılığı olaraq, əskidən olduğu kimi, “Tacik” (cəmi: Tacikan, Tacikiyyə) sözü keçir. Ancaq Türklər bunun yerinə öz sözləri olan “Tat” sözünü istifadə ediblər. Taciklər, əskidən olduğu kimi, dövlətin mülki təşkilatını əllərində tuturdular.
Ancaq 16-cı əsrdə (Taciklər), Səlcuqlu çağında olduğu kimi, (Səfəvi) dövlətin idarəsində nüfuz və gücə çox da sahib deyildilər. Dövlətin idarəsində söz sahibi Türklər idi. Onlar, bəzi misalları irəlidə görüləcəyi kimi, Taciklərin maliyyə məsələlərindən başqa işlər ilə məşğul olmalarını istəmirdilər.
Türklər dövlətin taleyinə hakim olmaqdan başqa güclü bir milli mədəniyyətə də sahib idilər. Zəngin sözlü ədəbiyyatları yanında yazılı (özəlliklə mənzum) ədəbiyyatları vardı. Bununla bağlı olaraq Sam Mirzə və Sadıq bəy Avşar kimi təzkirəçilər, şeir yazan Türk bəylərinə xüsusi bölümlər ayırmışlar.
Türkcə sarayın rəsmi dili olaraq orada da Şah Abbas və ardıcılları çağında hakimiyyətini qoruduğu kimi, bu şəhərdə (İsfahanda) Türkcə şeirlər yazan bir çox şair də yetişdi. Çünki Türkcə yalnız əmirlərin dili deyil, xanədanın da ana dili idi. Şah İsmayılın Farscadan çox Türkcə şeirlər yazması və Əlişir Nəvainin əsərlərinə düşkünlüyü ana dilinin Türkcə olmasından irəli gəlirdi.»
Prof dr. Faruk Sümer "Safevi Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolü" səh. 5-6, Ankara 1976.
Qızılbaş Qlobal İrsi Təşkilatının SMM-i, araşdırmaçı Vahid İbayev
Milli Kimlik

