Türkiyə Qəzzaya göndərmək üçün hərbi briqada hazırlayır... "Middle East Eye"

12-11-2025, 07:54           
Türkiyə Qəzzaya göndərmək üçün hərbi briqada hazırlayır...
Türkiyə Qəzzaya göndərmək üçün hərbi briqada hazırlayır - media

Türkiyə Qəzzaya qoşun yeritmək planlarını yekunlaşdırır.

Moderator.az yəhudi mediasına istinadla xəbər verir ki, "Middle East Eye"-nin məlumatına görə, Ankara bölgəyə 2000 əsgərdən ibarət briqada göndərməyə hazırlaşır.

İsrailin türk qoşunlarının orada yerləşdirilməyəcəyi iddialarına baxmayaraq, Türkiyənin Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin bir hissəsi olacaq bir bölmənin formalaşdırılmasını yekunlaşdırdığı bildirilir.

Xatırladılır ki, İsrail hökuməti Türkiyə qüvvələrinin Qəzzada yerləşdirilməsinə qəti şəkildə qarşıdır, Ağ Ev isə hələlik bu məsələ ilə bağlı yekun qərarı açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru