Türk ölkəsi LGBT təbliğatını qadağan etdi

13-11-2025, 11:44           
Türk ölkəsi LGBT təbliğatını qadağan etdi
Qazaxıstanın Məclisi (parlamentin aşağı palatası) ölkədə “pedofiliyanın və qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliğatını” qadağan edən qanunvericiliyə düzəlişləri təsdiqləyib.

Dəyişikliklər uşaq hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil, kino, media və onlayn platformalar da daxil olmaqla, doqquz qanunu əhatə edib.

İctimai yerlərdə, mediada və internetdə LGBT təbliğatına görə minimum aylıq əmək haqqının 40 mislinə qədər cərimə və ya on sutkaya qədər həbs cəzası veriləcək.

Qanunun qüvvəyə minməsi üçün Senat tərəfindən təsdiq edilməli və Qazaxıstan Prezidenti tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, Qazaxıstanda LGBT təbliğatını qadağan edən qanun layihəsi artıq bir çox insan haqları təşkilatları tərəfindən tənqid olunub. Məsələn, “Human Rights Watch” təşkilatı bəyan edib ki, təklif olunan düzəlişlər fundamental insan hüquqlarını pozur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru