"İnqilabın elanını (1960-cı il Adnan Menderesə qarşı baş tutan hərbi çevirilişi nəzərdə tutur), Azərbaycanın Müstəqilliyini elan etdiyi, 28 mayda edəcəkdik, amma...
6-12-2025, 11:54
Azərbaycanlı mühacir, 1918-1920-ci illərdə Azərbaycanın dəmir yolları üzrə baş hakimi vəzifəsini tutmuş Əziz Alpoud Türkiyədə 1960-cı il dövlət çevrilişində rol oynanan polkovnik Alparslan Türkeşlə dost idi. Əziz Alpoud xatirələrində 21 İyun 1960-cı ildə Türkeşlə görüşü barədə bunları yazır: "Bir neçə gün əvvəl icazə almaq üçün, arkadaşım Nejdet Sancar bəyə xahiş etmişdim. Bu gün "Azərbaycan Milli Qurtuluş Birliyi Komitəsi" olaraq, bizi Baş nazir və Dövlət başçısı Camal Gürsel Paşanın müşaviri Albay Alparslan Türkeş bəy qəbul etdi. Çox səmimi hal-əhval tutduq. Dərgimizə yazı yazmağı belə vəd etdi! Bir də bunu əlavə elədi: "İnqilabın elanını (1960-cı il Adnan Menderesə qarşı baş tutan hərbi çevirilişi nəzərdə tutur), Azərbaycanın Müstəqilliyini elan etdiyi, 28 mayda edəcəkdik, amma bəzi səbəblər ayın 27-də hərəkətə kəçməyə məcbur etdi..." Azərbaycan Tarixi TEREF