Lirə ucuzlaşmaqda davam edir - Türkiyə iqtisadiyyatında nə baş verir? VİDEO

2-12-2025, 15:38           
Lirə ucuzlaşmaqda davam edir -
Türkiyənin milli valyutası lirənin ucuzlaşması davam edir. Belə ki, hazırda lirənin bir ABŞ dollarına qarşı məzənnəsi 42.5 lirəyə çatıb. Qardaş ölkənin milli valyutası Azərbaycan manatına nəzərən də 25 lirəyə qədər ucuzlaşıb.

Nəzəriyyəyə görə, milli valyutanın digər valyutalara qarşı ucuzlaşması digər ölkələrə daha əlverişli qiymətə məhsul və xidmət əldə etməyə imkan verir.

Bu baxımdan lirənin ucuzlaşması Türkiyədən Azərbaycana idxal olunan malların qiymətlərinə, həmçinin əhalinin bu ölkədən sifariş etdikləri məhsulların qiymətlərinə təsir edə bilər.

İqtisadçı Xalid Kərimli lirənin məzənnə dəyişikliyinin Azərbaycana təsirini şərh edib: "Türk lirəsinin Azərbaycan manatı qarşısında ucuzlaşması türk məhsullarının idxalını ucuzlaşdıracaq. Eyni zamanda, Azərbaycandan Türkiyəyə ixracın, belə deyək, əgər qeyri-neft ixracıdırsa, onların qiymətini bahalaşdıracaq faktordur ".

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]