Ukrayna və Rusiyadan olan diplomatlar Türkiyə XİN-ə çağırılıb

5-12-2025, 09:24           
Ukrayna və Rusiyadan olan diplomatlar Türkiyə XİN-ə çağırılıb
Qara dənizdə gəmilərə edilən hücumlar səbəbilə Ukraynanın Ankaradakı səfiri Nariman Celal və Rusiyanın müvəqqəti işlər vəkili Aleksey İvanov Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Moderator.az xəbər verir ki, Türkiyə tərəfinin bu hadisələrdən narahatlığı diplomatların nəzərinə çatdırılıb.

Bundan əlavə, “X” hesabında paylaşım edən XİN sözçüsü Öncü Keçeli, hücumların bölgədə naviqasiya və təhlükəsizlik baxımından ciddi risk yaratdığını qeyd edərək, gərginliyin yayılmaması üçün tərəflərlə təmasların davam etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru