Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub

7-12-2025, 00:09           
Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub
Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub.

Bu barədə Türkiyənin “Baykar” şirkəti məlumat yayıb.

Bildirilib ki, “Fergani Uzay” tərəfindən ölkənin tamamilə milli imkanlarla hazırlanmış ilk kosmik transfer vasitəsi olan “FGN-TUG-S01” kosmosda ən kritik manevrini uğurla tamamlayıb.

Belə ki, dekabrın 6-sı, Bakı vaxtı ilə saat 08:46-da “FGN-TUG-S01” əsas hibrid təkan sistemini işə salıb. 35 saniyə davam edən əməliyyat qüsursuz şəkildə icra olunub.

“Bu əməliyyat yalnız Türkiyənin milli imkanlarla hazırladığı hibrid mühərrik texnologiyası ilə kosmosda həyata keçirilən ilk işə salma əməliyyatı deyil, həm də dünya miqyasında bir ilkdir”, – məlumatda qeyd olunub.

Sözügedən manevrin uğurla tamamlanmasından sonra missiyanın ikinci kritik mərhələsi – “CubeSat”ın ayrılması başlayıb. Bu proses də uğurla başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru