İstanbulda yaşayan azərbaycanlılar ilk şəhidini belə qarşıladı - fotolar

11-06-2015, 12:57           
İstanbulda yaşayan azərbaycanlılar ilk şəhidini belə qarşıladı - fotolar
Bir həftə öncə Suriyada şəhid olan Mahir Arpaçay adlı azərbaycanlının cənazəsi bugün İstanbulun Zeynəbiyyə məntəqəsinə gətirilib. Şəhidin cənazə mərasiminə yüzlərlə Zeynəbiyyə sakini və İstanbul cəfərliləri toplanmışdı. Cənazə namazını Zeynəbiyyə məscidinin imamlarından olan alim Şeyx Həmid Turan qıldırdı. Daha sonra şəhidin atası Nəcəf Əli Arpaçay çıxış edib.

O, oğlunun cənazəsinə toplaşan hər kəsə təşəkkür edərək bunları dilə gətirib: "Bu gün burada toplaşan hər kəsə dəstəklədiyi üçün təşəkkür edirəm. Əgər mənə bir daha dünyaya gəlmək fürsəti verilsəydi, şübhəsiz yenə Əhlibeyt tərəfdarı və azərbaycanlı kimi doğulmaq istərdim. Burada sizlərə şəhid oğlum, Mahirin şəhid olma anını danışmaq istəyrəm. O, İŞİD-ə qarşı döyüşlərdə yaralanan iki dostunu ərazidən çıxarmaq üçün, döyüşün qızğın yerinə gedir. Orada iki İŞİD terrorçusunu məhv etdikdən sonra, düşmən gülləsinə tuş gəlir, beləcə 23 yaşlı oğlum Suriya torpaqlarında şəhid düşür. Və mən bugün Allaha şükr edirəm ki, məni şəhid atası qərar verdi..." Cənazə tədbirinə toplaşanlar cənazə maşınının önündə gedərək "İŞİD-in sonu çatıb", "Məhv olsun İŞİD", "Məhv olsun İsrail!", "Məhv olsun Amerika!", "Ləbbeyk Ya Hüseyn", "Ləbbeyk Ya Əli", "Hüseyn, Hüseyn şüarımız şəhadət iftixarımız" və s. şüarlar səsləndirərək yürüş keçiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]