KIRIM VƏ KIRIM TÜRKLƏRİ SOVET İMPERİYASI DÖVRÜNDƏ II ( VI ) YAZI
2-06-2026, 17:04

Lenin Sovet xalqlarını dayanışmaya təşviq etmək üçün yerli kommunistlərdən faydalanmağa çalışmış, bu məqsədlə ilk öncə Sovet iqtidarı ilə işbirliyini qəbul etmiş məhəlli komunistlərdən istifadə etmişdi. Kırımda Leninin bu istəyini həyata keçirməyi qəbul edən Vəli İbrahimov Kırım Muxtar Sovet Sosialist Cumhuriyyəti Mərkəzi İcra Komitəsi başqanı olarak seçilmişdir. Leninin “Şərqin Məşəli” olaraq adlandırdığı və Sovet tipi Türk Cumhuriyyəti olma məsələsində bir tətbiq sahəsi olan Kırım MSSC dönəmində Veli İbrahim 1924-1928-ci illər arasında önəmli bir siyasi aktyor olaraq yönətimdə bulunmuştur (Seçmələr bizimdir-A.Q.Bax: Patrik Von zur Mühlen, Gamalıhaç İle Kızılyıldız Arasında, Çev: E. B. Özbilen, Mavi Yayınları, Ankara 1984, s. 8- 9. 30 Kemal Özcan, Sovyet Belgelerinde Kırım Dramı, Kırım Türkleri Kültür ve Yardımlaşma Derneği Genel Merkezi Yayınları, İstanbul 2007, s. 25.).
VƏLİ İBRAHİMOV
Vəli İbrahim 1888-ci ildə Baxçasarayda anadan olmuş, 12 yaşına qədər təhsil aldıqdan sonra kiçik yaşlarından müxtəlif işlərdə çalışmış- dı. “Tərcüman” və Genc Tatar hərəkatının rəsmi yayın orqanı olan “Vətən Xadimi” gəzetlərinin mətbəələrində çalışdığı zaman Kırım Tatar ziyalılarının o dövrdə təmsilçiləri olan İsmayıl Bəy Qaspıralı və Əbdürrəşid Mehdi kimi şəxsiyyətlərlə tanış olmuş, bu şəxsiyyətlər onun fikirlərinin formalaşmasında mühüm rol oynamışdı. (Seçmələr bizim- dir-A.Q. Bax: Valeriy Ye. Vozqrin, Istoriya Krımskix Tatar, Tom III, Qartbaba Production, Simferopol 2014, s.114, 494. Elvedin Çuba- rov- Refat Qurtiyev, “Qırım MSSC”, Qırım Tarihı, Tezis Neşriyatı, Akmes- cid 2009, s. 154. Gulnara Bekirova, “Veli İbraimov”, https://ru. krymr. com/a/26982481.html, 2015).
Vəli İbrahim “Tərcüman” qəzetində çalışdığı dövrdə eyni zaman- da 1917-ci il Bolşevik İnqilabından sonra Kırımın istiklalını qazanma- sına yol açan siyasi hərəkatçılar olan Numan Çələbi Cahan, Cəfər Seydahmet, Əhməd Özənbaşlı kimi milli dava adamları ilə tanış olmuşdu. Gənc Tatarların bir çoxu kimi 1905-ci il inqilabında iştirak edən Vəli İbrahim 1909-1912 illəri arasında İttihat ve Tərəqqi Partiya- sının idarəsindəki Osmanlı Türkiyəsində bulunmuş, I. Dünya mühari-bəsinin başlanğıcında Kırıma dönmüştür. O, 1914-cü ildə Akməscid- dəki Akməscid Mədəni Maarif Cəmiyyətinin fəal bir üzvü olmuş, 1916-cı ildə Kırım Tatar İşçiləri Birliyinin başqanı seçilmişdi. Vəli İbrahim ciddi siyasi fəaliyətlərə 1917-ci il Bolşevik inqilabından sonra Kırım Tatar Milli Partiyasının üzvü olaraq başlamışdı.38 Belə ki, o, 1917-ci ildə I və II Bütün Kırım Müsəlman Qurultaylarının nümayəndəsi olaraq fəaliyyətə başlamış,39 eyni zamanda 30 iyun 1917-ci ildə Akməsciddə çap olunmağa başlayan “Kırım Ocağı” gəzetinin yayıncılarından biri olmuşdur. Kırım Müsəlmanları Mərkəzi İcra Komitəsinin qurulmasın- dan sonra çap olunmağa başlayan gəzet, Milli Firqə (Kırım Tatar Milli Partiyası-A.Q) içində azlıq durumunda olan və Partiyanın sol qanadını təşkil edən təmsilçiləri tərəfindən yayımlanmışdı. Yayınçıları arasında Əbdül hakim Hilmi Arifzadə və Mustafa Kurtiyevin də olduğu “Kırım Ocağı” gəzetinin sahibi Mehmet Xoca Əhməd Vəcdi idi. Kırım Tatar dilində ərap əlifbası ilə çap olunan gəzeti nəşr edənlər nə qədər sağ qrupdakı siyasi təmsilçilərin bəzi fikir və hərəkətlərini tənqid etsələr də onların hamısı Bolşevik anlayışına sahib olmayıb milli ideala sahib idilər (Geniş məlumat üçün bax: Kırımlı, Hakan, Kırım Tatarlarında Millî Kimlik ve Millî Hareketler (1905-1916), Türk Tarih Kurumu Yayınları, Ankara 2010, səh.89; Çubarov, Elvedin - Qurtiyev, Refat, “Qırım MSSC”, Qırım Tarihı, Tezis Neşriyatı, Akmescid 2009, s. 151-157. Delo Veli İbraimova i Druqix, Obvinitelnoe Zakluçenie Reçi Qosu- darstvennoqo i Obşestvennoqo Obviniteley, Priqovor, Krımqosiz- dat, Simferopol 1928, səh.154; Кondratyuk, Qriqoriy Nikolayeviç, “Кrımskoe Оbşestvo Pomoşi Pereselentsev i Rasselentsev (KOPPR) v Kontekste Politiki Korenizatsii v Krımskoy (20-е qodı XX veka)”, Kultura Narodov Priçernomorya, № 228, 2012, s. 54-58. “Veli İbrahi- mov: (1888 - 1928 qq.): Ştrixi k Portretu”, Кrımskoe İstoriçeskoe Оbozrenie, № 2, 2019, s. 43-57. “Krımskaya Avtonomnaya Sovetska- ya Sotsialistiçeskaya Respublika, Bolşaya Sovyetskaya Entsiklopediya, Tom 35, Moskva 1937, s. 318. Hakan Kırımlı, Kırım Tatarlarında Millî Kimlik ve Millî Hareketler (1905-1916), Türk Tarih Kurumu Yayınları, Ankara 2010, s. 89; Qriqoriy Nikolayeviç Kondratyuk, “Veli İbraimov: (1888 - 1928 qq.): Ştrixi k Portretu”, Кrımskoe İstoriçeskoe Оbozrenie, № 2, 2019, s. 45. ).
1918-ci ildə Kırım Tatar Milli Parlamenti sayılan Qurultaya millət vəkili seçilən Vəli İbrahim Qurultayın dağıdılmasından sonra ölümünə qədər Milli Firqənin gizli liderlərindən biri olaraq fəaliyyət göstərmiş, VKP(b) ( Vsesoyuznoy Kommunistiçeskoy Partii (bolşevikov) ) üzvü olmuş, Denikin ve Wrangel idaresi vaxtında Kırımdakı gizli Bolşevik hərəkatlarının təşkilatçılarından biri olarak çalışmışdır.1919-cu ildə Mustafa Kamal Paşa ( Atatürk-A.Q.) ilə Sovet hökuməti arasında əlaqə yaratmaq üçün Türkiyəyə göndərilmiş, 1920-ci ildə Transqafqaziya Cəbhəsinin xüsusi bölüyündə Ağ Qvardiyaçılara qarşı fəaliyyətdə bulunmuş və noyabr 1921-ci ildə partiyanın mübahizəsiz bir üzvü olaraq Kırım Muxtar Sovet Sosialist Cumhuriyyətinin Xalq Komissar- ları Konseyinin sədri seçilmişdi. Bu gəlişmələr Vəli İbrahimin Kırımda Sovet iktidar və yönətim orqanlarının yaradılmasında aktiv rol oynadı- ğını göstərmişdi. Vəli İbrahimov siyasi baxımdan Kırım Türklərinin həm ictimai- mədəni, həm də ictimai-iqtisadi kimlik tələbini həyata keçirməyə, bir iqtidar sahibi kimi mənsub olduğu millətin Çar Rusiyası idarəsi illərindən bəri davam edən məsələləri həll etməyə çalışmışdı. O, ilk öncə idarəçilikdə yerli kadrlara üstünlük vermiş, qısa müddətdə vəzifələrə əksəriyyətlə Kırım Türklerini təyin etmişdi. Bu məqsədlə o, qardaşı Ömər İbrahimi Kırım MSSC-nin Kənd Təsərrüfatı Xalq Komis- sarı, Osman Dərənayırlını Kırım MSSC-nin Xalq Komissarları Konseyi Başqanı, Əhməd Özənbaşlını1 Kırım MSSC-nin Maliyyə Xalq Komis- sarı Yardımçısı (1924-1927-ci illər), Kırım MSSC’nin Mərkəzi İcra Komitəsinə bağlı qurulan tərcümə bölümünün başqanlık görəvinə Həsən Səbri Ayvazı, Hüseyin Baliçi Kırım Xalk Maarif Komissarı və Əhməd Kayserovu özünün özəl katibi vəzifələrinə təyin etmişdi ( Seçmələr bizimdir-A.Q. Bax: Veli İbrahim ve Başkalarının İşi, Kırım Devlet Neşriyatı, Akmescid 1928, səh. 27; Alexandre A. Benningsen - S. Enders Wimbush, Sultan Galiyev ve Sovyetler Birliğinde Milli Komünizm, Çev: B. Tanatar, Anahtar Kitaplar, İstanbul 1995, səh. 236; Qriqoriy Nikolayeviç Kondratyuk, “Кrımskoe Оbşestvo Pomoşi Pere-selentsev i Rasselentsev (KOPPR) v Kontekste Politiki Korenizat sii v Krımskoy (20-е qodı XX veka)”, Kultura Narodov Priçernomorya, № 228, 2012, səh. 57; Tahir Nureddinoğlu Kirimov, Qırımtatar Edebiyatı ve Matbuatınıñ Ananeleri (I. Kurultay Devri), C. I, OOO İT Arial, Aqmescit 2016, səh. 16; Gayana Yüksel, “QırımTatar Musulman İcra Komitetinin Neşirleri (Millet, Golos Tatar, Qırım Ocağı, Qırım)”, I. Uluslararası Türkoloji Sempozyumu Bildirileri (31 Mayıs-04 Haziran 2004), Ocaq Matbaası, Simferopol 2005, səh. 296. ) .
Vəli İbrahimovun dönəmində Kırım Türklərinin idarəçiliyində ölkədə milli məktəblər, elmi institutlar, muzeylər, kitabxanalar və tiyatırların açılaraq fəaliyyət göstərməsi mədəni həyatı canlandırmışdı. Bütün bunlar Kırımdakı mədəni həyatın Tatar Türkləri açısından özünə dönməyin başladığı bir sürəcin xəbərçisi olmuşdu. Bu sürəc 1927-ci ilə qədər yeni bir milli ziyalı sinfinin ön plana çıxmasını da bərabərində gətirmişdi. Bu zümrələr siyasət, mətbuat və ədəbiyyat sahələrində toplanaraq öz varlıqlarını göstərmişdi. Noyabr 1921-ci ildə qəbul edilən Kırım MSSC-nin Anayasası Kırım Tatar ve Rus dillərini rəsmi dil olaraq qəbul etmişdir. Lakin bu qararın icra edilməsi məhz Vəli İbrahimovun rəhbərliyi dövründə olmuşdur. Bütün Xalk Komissarları üçün tərcüməçilər görəvləndirilmiş və büro çalışmaları Kırım Tatar dilinə çevrilmişdi. Bu inkişaf Kırım Tatar dilinin (anadilin) ölkədə keçərlilik qazanmasına tam şərait yaratmışdı. Onun idarəçiliyi dövrün- də həmçinin Kırım Türklərinin tarixinə və mədəniyyətinə dair kitabla- rın çap edilməsi də xeyli dərəcədə artmışdı. Kırım Tatar dilində akade- mik çalışmaların və ədəbi əsərlərin nəşr edilməsi və yayqınlaşdırılması üçün Kırım Dövlət Nəşriyyatı yaradılmışdı. Bu dönəmin yayınları arasında Əhməd Özənbaşlının 1925-ci ildə Akməsciddə basılan “Çarlıq Hakimiyyətində Kırım Faciəsi yaxud Tatar Hicrətləri” adlı əsəri Kırım Türklərinin keçmiş təcrübəsinin bir analizi mövzusunda olması baxı- mından çox dəyərlidir.( Seçmələr bizimdir-A.Q. Bax: Fisher, Alan, Kırım Tatarları, Çev: E. B. Özbilen, Selenge Yayınları, İstanbul 2009, səh.200; Çubarov, Elvedin - Qurtiyev, Refat, “Qırım MSSC”, Qırım Tarihı, Tezis Neşriyatı, Akmescid 2009, səh.153; Кondratyuk, Qriqoriy Nikolayeviç, “Кrımskoe Оbşestvo Pomoşi Pereselentsev i Rasselentsev (KOPPR) v Kontekste Politiki Korenizatsii v Krımskoy (20-е qodı XX veka)”, Kultura Narodov Priçernomorya, № 228, 2012, səh. 54. “Veli İbraimov: (1888 - 1928 qq.): Ştrixi k Portretu”, Кrımskoe İstoriçeskoe Оbozrenie, № 2, 2019, səh. 45; Magocsi, Paul Robert, This Blessed Land Crimea And The Crimean Tatars, University of Toronto Press, Toronto 2014, səh.99).
Vəli İbrahimin Vətən Xadimi dönəmindən tanıdığı Əbdürrəşid Mehdinin qələmə aldığı, 1783-1910-cu illəri əhatə edən və Kırım Tatar tarixinə həsr edilmiş əsərinin çap edilməsini Mehdinin həyat yoldaşının ailəsi təmin etsə də, əsər rəy mərhələsindəykən Vəli İbrahimin 1928-ci ildə yarqılanma sürəcinin başlanması ilə əlaqədar olaraq çap olunma- mışdır.
Vəli İbrahimin milli mədəniyyət siyasətindəki fəaliyyətlərindən biri də Kırım Tatar şairi Həmdi Giraybayın ali təhsil alması üçün 1923-cü ildə İstanbula getməsinə yardım göstərməsidir. Həmdi Giraybay İstanbul Drülfünunun Tarix və Ədəbiyyat Şöbəsində 3 illik ali təhsilini başa vurub müdafiə etdiyi “Türk-Moğol İmparatorluğunun Müstakil Ülkesi Olan Altın Orda Devletinin Tarihçesi ve Bu Devletin Bir Ülkesi Olan Kırım” adlı tezisi ilə bütün professorların təqdirini qazanmışdı. (Seçmələr bizimdir-A.Q. Bax: Ahmet Özenbaşlı, Çarlık Hâkimiyetinde Kırım Faciası, Çev: İ. Otar, Metin Ofset Matbaacılık, Eskişehir 2014, səh. 1. Kondratyuk, “Veli İbraimov: (1888 - 1928 qq.): Ştrihi k Portre tu”, səh. 45; Kamelya Keskin, “Kırım Tatar Basınında Bir Pedagoji Dergisi: Okuv İşleri”, Türkiyat Mecmuası, C. 25, Güz 2015, səh. 310).
Həmdi Giraybayın “Çarlık Hâkimiyetinde Kırım Faciası yahud Tatar Hicretleri” adlı əsri 1925-ci ildə Akməsciddə ərab əlfbası ilə basılmıştır.Təhsil aldığı illərdə İstanbul kitabxanalarında mövcud Kırıma aid olan əksər əsərləri incələyən Həmdi Giraybay 1926-cı ildə Vəli İbrahimin dəvətiylə Kırıma dönmüşdü. Bu dəvətin Kırımda elmi-mədəni həyatı xeyli canlandırmışdı. Bu dövrdə Bəkir Çobanzadə, Həsən Səbri Ayvaz, Osman Akçokraklı, Əhməd Özənbaşlı kimi milliyyətçi fikir adamlarının yazıları da Kırım Tatarlarının mədəni inkişafında mühüm rol oynamışdı (Seçmələr bizimdir-A.Q. Bax: Kırımlı Cafer Seydahmet, “İlk Söz”, Kırım Şiirleri, Emel Mecmuası Matbaası, Köstence 1935, səh.10-11).
Vəli İbrahim dönəminin davamlı yayınları içərisində ən diqqətçəki- ci olanı isə “Əsri Müsəlmanlıq” dərgisidir. Kırım Dini İdarəsi tərəfin- dən 1924-1927-ci illərdə Akməsciddə yayımlanan dərginin din əleyhi- nə olan rejimin hökm sürdüyü belə bir dövrdə fəaliyyət göstərməsi diqqətədəyər hadisədir. Eyni dövrdə yayın həyatına başlayan ve Kırım Tatar dilində yayımlanan “Okuv İşləri” ve “İləri” dərgiləri də mövzuları ilə bu dönəmi xarakterizə edən davamlı yayınlardandır.
Kırım Məkəzi İcra Komitəsi ilə Bütün Rusiya Şərq Çalışmaları Elmi Cəmiyyətinin işbirliyi nəticəsində 1925-ci ilin avqust-sentyabr aylarında Kırım Türklərinin ilk paytaxtı qədim Solhatdakı abidələrin tədqiqinə və Kırımın maddi mədəniyyət nümunələrinin araşdırılmasına başlanılmış, bu abidələrin İslam memarlığı və epiqrafiya yönündən tədqiqi gerçəkləşdirilmişdi. Bu çalışmalar nəticəsində əldə edilən nümunələr Qızıl Orda mədəniyyətinin Kırımdakı izlərinin anlaşılması baxımından ilk arxeoloji təcrübə kimi çox dəyərlidir. Professor Borozdinin rəhbərliyi altında aparılan bu ilk arxeoloji qazıntılara Kırım Türklərindən Hüseyin Badaninski ve Osman Nuri Akçokraklı da qatılmış və bu araşdırma gəzintilərini davam etdirərək eyni il Həsən Refatovun da bulunduğu başqa bir heyətlə Kırımın quzey kəndlərini elmi, tarixi, etnoqrafik və ədəbi yönləriylə incələyərək materiyallar toplamışdılar. 1924-ci ildə Akməsciddə Tavrida Universiteti açılmış və bu tarixdə mövcud olan tək fakültəyə 1925-ci ildə Kırım Tatar dili və ədəbiyyatını tədqiq etmək üçün bir Şərq İnstitutu əlavə edilmişdi. Akməscid, Baxçasaray, Kəfə və Yaltada da Kırım Tatar müəllim məktəbləri açılmaqla bənzər gəlişmələr yaşanmışdı. Bütün bunlar onu göstərir ki,Veli İbrahimov Kırım xalqının inkişafında iz buraxan bir lider olmuşdur ( Seçmələr bizimdir-A.Q. Bax: Neşe Kanlıdere, Bolşe- vik İhtilâlinin İlk Yıllarında Kırım’da İslâmiyet ve Asrî Müsülmanlık Dergisi, (Marmara Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü, Yayımlanmamış Yüksek Lisans Tezi), İstanbul 2004, səh.1; Kamelya Keskin, “Kırım Tatar Basınında Bir Pedagoji Dergisi: Okuv İşleri”, Türkiyat Mecmuası, C. 25, Güz 2015, səh. 307-320; Kamelya Tekne, “Kırım Tatar Türklerinin Matbuat Tarihinden: İleri Dergisi”, Türkis- tan’dan Anadolu’ya Tarihin İzinde Prof. Dr. Mehmet Alpargu’ya Armağan, C. 1, Ed. Z. İskefiyeli-M. B. Çelik, Nobel Yayınları, Ankara 2020. İlya Nikolayeviç Borozdin, “Kırım’da Tatar Medeniyeti Sahasın- da Yeni Keşifler”, Çev: Ahmet Raşid, Okuv İşleri, S. 8-9 (Aralık-Ocak), Kırım Maarif Komiserliği Neşri, Simferopol (Akmescid) 1925, səh. 11-12; Şeyhzade Vehbi, “Ülke Bilgisi”. Okuv İşleri, S. 8-9 (Aralık-Ocak), Kırım Maarif Komiserliği Neşri, Simferopol (Akmescid) 1925, səh. 71-72)
Vəli İbrahimov özünün “Sovet Hakimiyətinin Kırımda Beş İli” başlıqlı məqaləsində Kırımın tarixi keçmişindən başlayaraq geostrateji önəmi, iqtisadi qaynakları və s. haqqında mühüm məlumatlar vermiş- dir. Müəllif məqaləsində xüsusilə Rusya İmperatorluğu dönəminin izləri, iç savaş illərində bir neçə dəfə meydana gələn güc dəyişimi, 1921-1922-ci illərdəki qıtlıq dönəminin səbəb olduğu yıxıcı təsiri ilə Sovet gücünün idari yönətimi, ərazi tənzimlənməsi, kənd təsərrüfatı və əkinçilik sahəsində iqtisadi vəziyyətin təsisi kimi bütün dövrlərin dəyərləndirməsini əks etdirmişdi.Vəli İbrahimov məqaləsindəki möv-zular içərisində Kırımda Sovet iqtidarının son dərəcə həssaslıq göstər- diyi ərazi tənzimləmə məsələsini ön plana çıxarmışdır. Onun yazmış olduğu məqalədəki məlumatlara görə, Oktyabr İnqilabından Kırımın rəsmən RSFSR-ə qatılmasına qədər keçən müddət ərzində ərazi məsələ- sində qanuni bir norma inkişaf etdirilməmişdi. Bu dövrdə müəyyən kəsimlər, xüsusilə Rus kəndliləri Kırımda torpaqları ələ keçirmişdilər. Ağ Qvardiyaçıların Kırımda üstünlük qazandığı dönəmlərdə Kırım kəndlisi torpaq məsələsinə əhəmiyyət verməmişdi. Müəllif məqaləsin- də göstərirdi ki,torpaq qanununun tətbiq edilməsi və ərazi idarəçiliyinin qaydaya salınması ilə Kırımın quzeyindəki çöl kəndlisinin torpaq ehtiyacları qarşılanmış, hətta bu bölgədə ərazi artıqlığı məsələsi ortaya çıxmışdı. Vəli İbrahimov məqaləsində qeyd edirdi ki, lakin Kırımın dağ kəndliləri üçün vəziyyət daha fərqli -əhalisi çox, torpağı az şərtlərə malikdirlər. Bu səbəblə müəllif məqaləsində dağ kəndlilərinin torpaq baxımından daha zəngin olan bozkır bölgəsinə yenidən yerləşməsi üçün gərəkən önləmlərin alınmaqda olduğunu ifadə etmişdi (Seçmələr bizimdir-A.Q. Bax: Veli İbraimov, “Pyat Let Sovetskoy Vlasti v Krımu”, Ves Krım (1920-1925) Yubıleynıy Sbornik, İzdanie Krım TsiK’a, Simferopol 1926, səh. III-XI. Kamelya Keskin, Kırım Tatar Türklerinin Kültürel Hayatı (XX. Yüzyıl ve Sonrası), (İstanbul Üniversitesi Sosyal Bilimler Enstitüsü, Yayımlanmamış Doktora Tezi), İstanbul 2015, səh. 119-120)
Vəli İbrahimov 11 sentyabr 1927-ci ildə baş verən və xüsusilə, Yalıboyunda dərin yaralar açan Kırım zəlzələsində xalqının düşdüyü ağır vəziyyətdə də onun yanında olmuş yaralarını sağaltmağa çalışmış- dır. Bu zəlzələ nəticəsində insan itkisi az olsa da əhalinin çoxu evsiz-eşiksiz qalmış, evləri dağılan kəndliləri sağlam qalmış evlərdə yerləş-dirmək və onlara yardım etmək üçün Vəli İbrahimovun tapşırığı ilə Kırım Mərkəzi İcraiyyə Komitəsi Başqanlığı və Kırım Elmi Tədqiqat İnstitutu rəhbərliyi öz gəlirlərini yaradılan “Yardım Fondu”na bağış- lamışdı ( Geniş məlumat üçün bax: Mahmut Ömerov, “Kızılhaç Cemiyeti ve Zelzele Felaket- zedelerine Yardımı”, İleri, S. 3-4 (23-24), Mart-Nisan 1928, səh. 19-20; Çernomorskie Zemletraseniya 1927 Goda i Sudbı Krıma, Krımgosizdat, Simferopol 1928, səh. 4-5).
Vəli İbrahimin Kırımı idarə etdiyi illərin mühüm məsələlərindən biri də məhz Kırım Türklərinin Kırımda yerləşdirmə siyasətidir. Bu siyasətin arxa planında Kırım Türklüyünün tarixindən qaynaqlanan bir yanaşma məsələsi dayanır. Çar Rusiyası dönəmində yağmalanan Kırım əraziləri, xalqın məruz qaldığı Ruslaşdırma siyasəti nəticəsində onların anayurdlarını tərk etməsilə yaşanan köç dalğası, Bolşeviklərin Kırımda üç dəfə iqtidara gəldiyi iç savaş sürəcindəki insan itkisi və Kırım MSSC yönətiminin qurulduğu 1921-1922-ci illərdə yaşanan aclıq faciəsi ilə bağlı Kırım Türklərinin keçirdiyi fəlakələrin, məcazi qarşılığı “Tatar-laşdırma” olan yerliləşdirmə siyasətinin təməl dayak nöktəsi halına gəlmişdir. Vəli İbrahimin həyata keçirdiyi “Tatarlaşdırma” siyasətinin tətbiq sahələrindən ən başlıcası olanı Kırımdakı ərazi planlaması ilə bağlı olmuşdur. Bu plan Vəli İbrahimin qardaşı Ömər İbrahimovun başında bulunduğu Kırım MSSC-nin Kənd Təsərrüfatı Xalk Komis- sarliği tərəfindən icra olunmuşdur. Bu məsələ həm də sonradan1923-cü ildə Yəhudi yerləşimçilərin öz təşəbbüsləri ilə qurduğu ilk Yəhudi kaloniyaları ile ortaya çıxmışdır. SSCB Mərkəzi İcra Komitəsinin 29 Avqust 1924-cü il tarixli qərarı ilə qurulan və qısa adı KOMZET olan Yəhudi İşçilri Torpaq Komitəsi tərəfindən idarə edilən bir proqram halını almışdır. KOMZET’in bölgə təmsilçilikləri isə özəlliklə Kırım MSSC-də qurulmuş olan Kırım təmsilçiliyi 12 Mart 1925-ci ildə qurulmuşdu. Yəhudilərin Kırımda məskunlaşması etnik yapının Kırım Türkləri əleyhinə olduğundan buna qarşı tədbirlər alınmasını şərtləndir- mişdi. Bu tədbirləri həyata keçirmək üçün qısa adı KOPPR (Krımsko- go Obşestva Pomoşi Pereselentsam i Rasselentsam-A.Q.) olan Kırım Köçmənlərinə və Yerləşimçilərinə Yardım Dərnəyi qurulmuşdu. İlk toplantısını 14 iyun 1926-cı ildə keçirən Yardım Dərnəyi Vəli İbrahim, H. Baliç, M. Nədim, A. Lətifzadənin iştirakı ilə gerçkləşdirmişdir. Qəbul edilən Nizamnaməyə görə, Yardım Dərnəyinin məqsədi Kırımda yerli kəndlilərin və xüsusilə Çar Rusiyası dövründə Kırımdan köç etmək məcburiyyətində qalan Kırım köçmənlərinin Anavətənlərinə dönərək yenidən yerləşməsini təmin etmək olmuşdu. Kırım içində bölgə büroları da açılan KOPPR Avqust 1926-cı ildən etibarən fəaliy- yətə başlayan Yardım Dərnəyi xalqın dəstəyini də alaraq yeni yerlə- şənlərə yardım məqsədli “Köç yardım fondu” da yaratmışdı. Bundan əlavə Kırım MSSC’i Mərkəzi İcra Komitəsi bünyəsində bu məsələ ilə bağlı Vəli İbrahimin başqanlığında bir “Yardım komissiyası” da qurulmuşdu (Geniş məlumat üçün bax: Kondratyuk, “Кrımskoe Оbşestvo Pomoşi Pereselentsev i Rasselentsev (KOPPR) v Kontekste Politiki Korenizatsii v Krımskoy (20-е qodı XX veka)”, səh. 54).
Vəli İbrahimin bu məsələ haqqındakı görüşləri onun nitqlərində və o illərin mətbuatlarında da öz əksini tapmışdı. Bunlardan biri”Yeni Dünya” gəzetindəki Vəli İbrahimovun “Xalqların Köçürülməsi və Yerləşdirilməsinə Yardım Gəlməlidir” başlıqlı yazısıdır. Yazıda Vəli İbrahimov göstərir ki, Yerliləşdirmə siyasətini Sovet İttifaqı Çar Rusi- yası dönəmindən devraldığı etnik ünsürlərlə uyumlu şəkildə qanuni zəminə oturtmaq üçün qeyri-Rus millətləri təşviq etmək məqsədilə həyata keçirməyə çalışmışdı (Geniş məlumat üçün bax: Veli İbrahimof: Halkların Köçürülmesi ve Yerleştirilmesine Yardıma Kelmelidir”, Yañı Dünya, 22 Mayıs 1926, № 115 (991), səh. 2-3)
Rusiya, Ukrayna ve Belarusiyanın güneyində yaşayan Sovet Yəhudilərinin Kırıma yerləşdirilməsi fikrini ilk dəfə irəli sürən Ukraynada anadan olan Polina Semyonovna Pearle adlı bir yəhudi dərzinin qızı olmuşdur. Fəal bir inqilbçı olaraq sonradan Ruscada “inci” anlamı- na gələn “Jemçujina” soyadını alan Polina 1921-ci ildə, Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Vyaçeslav Molotov ilə evlənmiş- dir. Onun İsrailin ilk Moskva səfiri və sonraki dönəmdə İsrailin Başbakanı Golda Meir ilə olan dostluğu və yaxın təması Stalini rahatsız etmişdi (Bu haqda geniş məlumat üçün bax: Nigel Cawthorne, Stalin: The Murderous Career of The Red Tsar, Arcturus Publishing Limited, London 2012, səh. 5-6).

Vəli İbrahim tərəfindən dağlıq bölgələrdə yaşayan əhalinin torpaq baxımından daha zəngin olan çöl rayonlarına göçürülməsi, Kırım Hökümətinin bu iş üçün bütçəsindən 85 min rubl ayırması və Yəhudi Torpaq Komitəsi ilə də bir razılıq əldə etməsi ilə bağlı xalqı məlumat- landırması Kırım Cumhuriyyəti əməkdaşlarının da yardımda bulunma- sını təlqin etmişdi. Eyni qəzetdə müəllif həmçinin Yəhudi köçmən- lərin Yarmadada əksəriyyəti təşkil edən Kırım Türklərinin əleyhinə doğuracağı nəticələri də gündəmə gətirmişdi. Kırımda bir Yəhudi Ocağı təsis ediləcəyi kimi xəbərlərin yayılması fikrini təhlükəli hesab edən Vəli İbrahim öz məqaləsində Rumınya və Bolqarıstandan gətirilə- cək Kırım Tatar köçmənlərinə daha çox torpaq ayrılmasını irəli sürmüş və Kırım Hökumətinin bu məsələnin həllinin önəmini qeyd etmişdi. KOPPR 10-20 May 1927-ci il tarixləri arasında Yalta, Gözlə və, Akyar, Baxçasaray, Qarasubazar, Sudak, Kəfə, Kerç ve Cankoy ile Akməscid- de məhəlli konfraslar təşkil etmişdi. 25 May 1927-ci ildə KOPPR'nin Bütün Kırım Qurultayı isə Akməscidde yapılmışdı. Dərnəyin bir illik çalışmasının həticəsində Qurultayda KOPPR-yə 4700 üzvün qatıldığı təsbit edilmişdi. Bu tarixdə 6347 rubl bəxşiş toplayan KOPPR’yə eyni zamanda Xalq Maliyyə Komissarlığı vasitəsilə 35.000 rubl təhsis edilməsinə qərar verilmişdi (Geniş məlumat üçün bax: “Cafer Seyd- ahmet Yahudi Muhacirleri Hakkında”, Yañı Dünya, 13 Şubat 1926, № 36 (912), səh. 3; Кondratyuk, Grigoriy Nikolayeviç, “Кrımskoe Оbşes- tvo Pomoşi Pereselentsev i Rasselentsev (KOPPR) v Kontekste Politiki Korenizatsii v Krımskoy (20-е godı XX veka)”, Kultura Narodov Priçernomorya, № 228, 2012, səh. 55-57).
Vəli İbrahim və Kırım MSSC’nin Xalk Komissarları Konseyi başqanı Osman Dərənayırlı bu arada SSCB Mərkəz Yürütmə Kurulu Başqanlığına “Kırım Tatarlarının Bolqarıstan və Rumınyadan Kırıma Yenidən Köçü və Kırım Tatarlarının Köç Nədənləri Üzərinə” başlıqlı bir yazı göndərmişdi. Yazıda müəllif Kırımdan köçün tarixi səbəbləri və Kırım Tatarlarının demoqrafik itkilərinin sayı göstərilərək məsələ izah edilmişdi. Anadolu və Dobrucadaki köçmənlərin durumu da analiz edilərək bunların sayının 450 min civarında olduğu müəyyənləşdilmiş- di. Yarımadadakı etnik dəngəyi Kırım Türklərinin lehinə dəyişdirəcək bu program gələcəkdə Vəli İbrahimin yargılanmasının ən qüvvətli amili olmuşdu.
Vəli İbrahimov və idarəsinin köçmənlərin yerləşməsi üçün topla- nan fondlardan öz hesabına para keçirdiyi iddiası ilə suçlanması isə bu məsələ ətrafında şəkillənən sözdə dəlillərdən biri olaraq onun əleyhinə işlədiləcəkdi.Vəli İbrahimovun Siyasi baxışı onun ideologiyasını təsbit etmək məsələsində mənsub olduğu millətin keçmişini və yaşadığı dönə- min şərtlərini göz önündə bulundurmaqdadır. Uzun və görkəmli bir tarixin mirasçısı olan Kırım Türkləri 1783-cü ildən etibarən davam edən Çar rejiminin həyata keçirdiyi amansız siyasi və iqtisadi təzyiq qarşısın- da öz varlığını qoruma mücadiləsi vermişdir. Kırım Türkləri haqsızlıq-lara məruz qaldığı bu dönəmdə təzyiq və zülmə dayana bilməyənlər qurtuluşu Osmanlı Türkiyəsinə köç etməkdə bulsa da bu köç də bir çox məşəqqətlərə yol açmışdı.
1905-ci il Rus İnqilabı 1917-ci il İnqilabına gedən yolun başlanğıcı olaraq ilk baxışda bütün Türk dünyasında olduğu kimbi Kırım Türkləri üçün də bir ümid qaynağı olmuşdur. Çar hökumətinin yıxılması ilə əldə edilən siyasi fürsətlərdən yararlanmaq üçün bir neçə Türk ziyalısı Bol-şeviklərin cərgəsində yer almışdı. Bu baxımdan dəyərləndirildiyində Rusya Türkləri arasında sol qanada tərəfdar olan başçılar üçün sosia lizm, milli ideyalar üçün bir məqsəd deyil, vasitə olmuşdu. Vəli İbrahi- movun siyasi baxışı da bu fikrə əsaslanırdı. Əsas etibariylə Sovet İttifa- qı dövründə bir sıra Türk ziyalıları sosialist rejim içərisində fəaliyyət göstərən bir xətdə hərəkət etsələr də millətləri adına, milliyyətçi cizgidə mücadilə etmişdilər. Sovet Rusiyasının bu duruma ilk baxışda etinasız yanaşması yeni qurulmuş olan müvazinəti pozmamaq, ya da mövcud durumun qorunması üçün gərəkli görülmüşdü. Xüsusilə 1920-ci illə 1930-cu illərdə Sovet Hökuməti milli dillərin inkişaf etdirilməsi, təhsi- lin də buna dayanaraq həyata keçirilməsi, etnik institutların qurulması, etnik kültürün siyasi olmayan yönlərinin gəlişməsini dəstəkləmək məq- sədilə büdçəsindən fondlar ayırmış, ilk mərhələdə bir hərəkət sərbəstli- yi qorunub saxlanmışdı. Bu anlamda Vəli İbrahimovun dönəmində onun tərəfindən tətbiq edilən milli kimlik təməlli siyasi görüş, Stalinin socialist milliyyətçi anlayışının tam tərsi olmuşdur. 1924-1928-ci illəri arasında Kırım MSSC-nin Mərkəzi İcra Komitəsi Başqanı bulunan Vəli İbrahimin Kırım Tatar Türklərinin gələcəyi adına milli təməllər üzərin- də qurulan siyasətləri ilə Sovet politikaları ziddiyyət təşkil etdiyi üçün ona qarşı ittihamlar irəli sürülmüş, bu səbəblə tutularaq yarqılanmış, ardından da 9 May 1928-ci ildə güllələnmişdi.(Geniş məlumat üçün bax: Aziz Bozgöz, Rus Hâkimiyeti Altında Kırım, Emel, S. 135 (Özel Sayı), Mart-Nisan 1983, səh. 210-211; Nadir Devlet, Millet ile Sovyet Arasında: 1917 Ekim Devriminde Rusya Türklerinin Varoluş Mücade- lesi, Başlık Yayın Grubu, İstanbul 2011, səh. 19; Chantal L. Quelqu- ejay, “İhtilal ve İç Savaş Sırasında Azınlıktaki Müslümanlar”, Stratejik Açıdan Sovyet Müslümanları ve Diğer Azınlıklar, Ed. S. Enders Wimbush, Çev: Y. T. Kurat, Yeni Forum Yayınları, Ankara 1988, səh. 79; Baymirza Hayit, Sovyetlerde Türlüğün ve İslâm’ın Bazı Meseleleri, Türk Dünyası Araştırmaları Vakfı Yayınları, İstanbul 2000, səh. 58. Paul B. Henze, “Ulusal İç Muhalefetin Görünümü ve Yarattığı Sorun- lar”, Stratejik Açıdan Sovyet Müslümanları ve Diğer Azınlıklar, Ed. S. Enders Wimbush, Çev: Y. T. Kurat, Yeni Forum Yayınları, Ankara 1988, səh. 47).
Vəli İbrahimovun da fəal üzvü olduğu “Milli Firqə” nin tarixi ilə bağlı ilk əsər 1930-cu ildə Sovet Dövlət Mətbəəsi tərəfindən çap olunan A. K. Boçagovun “Milli Firqə” adlı kitabıdır. “Milli Firqə” bir qrup Kırım Tatar gəncləri tərəfindən yaradılmışdı (Bax: Arhip Kuzmiç Boçagov, Milli Fırka: Natsionalnaya Kontrrevolyutsiya v Krımu, Krım- skoe Gosudarstvennoe İzdatelstvo, Simferopol 1930).
O dövr Kırım ziyalılarının bir qismi İsmayıl bəy Qaspıralının liberal Türk birliyi anlayışına sahib Kırım milliyyətçilərindən fərqli olaraq daha radikal mövqeyə malik olmuşlar. 100 Cəfər Seydəhmədin göstərdiyinə görə, Milli Firqənin əksəriyyəti İsmayıl Bəy Qaspıralıdan fərqli olaraq daha istiqlalçı idilər. Partiya proqramında sosyalist ünsür- lər olsa da partiyanın Rus sosyalist təşkilatı ilə rəsmi heç bir əlaqəsi olmamışdır. Ancaq tədricən partiya daxilində siyasi qollara ayrılmalar görülməyə başlamışdı. Liberal tərəfin təmsilçiləri Həsən Səbri Ayvaz, Əhməd Özənbaşlı, Əli Badaninki, Xəlil Çapçaqçı, Bolşe- viklərə daha yaxın olan radikal tərəfı isə Mehmet Xoca Əhməd Vəcdi, Əbdülhakim Hilmi Arifzadə, Vəli İbrahim, Batır Aytuvqan, Mustafa Bərkə kimi ziyalılar təmsil etmişdir ( Seçmələr bizimdir-A.Q. Bax : Benningsen Alexandre A.- S. Enders Wimbush, Sultan Galiyev ve Sov- yetler Birliğinde Milli Komünizm, Çev: B. Tanatar, Anahtar Kitaplar, İstanbul 1995, səh. 259-260; Kırımlı Cafer Seydahmet, “Millî Fırka”, Emel, S. 46-47, Aralık 1931, səh. 526).
Ağ Qvardiya generalı Denikinin işğalı və Tatar Türklərinə qarşı tutumu Milli Firqənin sol qanad mənsublarının Bolşeviklərlə işbirliyi yapmak üçün gizli fəaliyyətə keçməsinin başlıca səbəbi olmuşdur. Bolşeviklərin Kırımda söz sahibi olduğu oktyabr 1920-ci ildən sonra sol qanad üzvləri VKP(b)’yə qatılmışdılar. Sol qanadın lideri Vəli İbrahim bu dönəmdə Xalqların Xarici İşlər Komissarlığı kimi önəmli bir vəzifəni də qəbul etmişdi. Bolşeviklərin Kırımda hakimiyyəti son dəfə ələ keçirmələrinin ardından burjua qalıntılarını təmizləmək adı altında qırmızı terroru başlatdıqları xaotik atmosferdə Milli Firqə 30 noyabr 1920-ci ildə yasaqlanmışdı.( Seçmələr bizimdir-A.Q. Bax: Kırımlı Cafer Seydahmet, “Millî Fırka”, səh. 526. Benningsen Alexan- dre A.- S. Enders Wimbush, Sultan Galiyev ve Sovyetler Birliğinde Milli Komünizm, Çev: B. Tanatar, Anahtar Kitaplar, İstanbul 1995, səh. 259-260; Quelquejay, Chantal Lemercier, “İhtilal ve İç Savaş Sırasında Azınlıktaki Müslümanlar”, Stratejik Açıdan Sovyet Müslümanları ve Diğer Azınlıklar, Ed. S. Enders Wimbush, Çev: Y. T. Kurat, Yeni Fo- rum Yayınları, Ankara 1988, səh. 93. Elvedin Çubarov, “Vatandaş Cenki ve Qırımdaki Açlıq”, Qırım Tarihı, Tezis Neşriyatı, Akmescid 2009, səh. 150).
Millİ Firqənin sol qanadına aid liderləri Bolşeviklərin yanında olmaqdan ziyadə hakim güc olan Bolşeviklərlə ortaq bir dil bulmağa çalışmışdılar. Tədqiqatçılar göstərirlər ki, Vəli İbrahimovun siyasi görüşünü dönəmin şərtləri daxilində nəzərə aldıqda Kırım Türkləri üçün tam bir bağımsızlıq idealı ilə hərəkət etməkdən uzaq olduğunu və şəklən Sovet rejiminin qəlibləri xaricinə çıxmadığını, Sovet sistemi və ideologiyası daxilində mənsub olduğu Kırım Türklüyünü ən əlverişli ölçülərlə həyata keçirməyə çalışdığını söyləyə bilərik. Bu baxımdan dönəmin şərtləri daxilində Vəli İbrahim dövrünü Kırım Türklərinin mədəni ve iktisadi baxımdan yüksəlişi, milli təmayüllərin ağır basdığı bir siyasi süreç kimi dəyərləndirmək olar. Hətta bəzilərinə görə Vəli İbrahim İdil Hövzəsindəki Mîr Səid Sultan Galiyevə bərabər bir siyasi figurdur ( Seçmələr bizimdir-A.Q. Bax: Vozgrin, Valeriy Ye., Istoriya Krımskih Tatar, Tom III, Qartbaba Pro- duction, Simferopol 2014, səh. 126; Muhlen, Patrik Von zur, Gamalıhaç İle Kızılyıldız Arasında, Çev: E. B. Özbilen, Mavi Yayınları, Ankara 1984, səh. 9; Fisher, Alan, Kırım Tatarları, Çev: E. B. Özbilen, Selenge Yayınları, İstanbul 2009, səh. 197 ).
1928-ci ildə Kırım Dövlət Nəşriyyatı tərəfindən Vəli İbrahim və onun rəhbərlik etdiyi başıbəlalı arkadaşlarının yarqılanması ilə bağlı ittiham və hökm sürəcinə aid həm Rus həm də Kırım Tatar dilində bir məqalə yayımlanmışdı. Kırım Mərkəzi İcra Komitəsi Sədri Vəli İbrahim və yoldaşlarının mühakimə olunması rus və tatar dillərində qələmə alınan məqalələr bir növü toplumu tutarlı və inandırıcı bir açıqlama ilə inandırmaq məqsədi daşımışdı. Məhkəmə RSFSR Ali Məhkəməsi tərəfindən 23-28 aprel 1928-ci ildə Akməsciddə yapılmışdır. Nəşr edilən məqalərdəki “Vəli İbrahimov və başqalarının İşi” ya da “Delo Veli İbraqimova i Druqix” başlıqlarında qəsd edilənlər isə İşpan Sadıq, Məcidov Seydəhməd, Məcidov Mustafa, Əthəm Sofu, Hüseyin Hacı Əmir, Osman Qurtseyid, Seydalı Mehmet ve Çalbaş Süleymandan ibarət “Qeysərov Dəstəsi” dir ( Geniş məlumat üçün bax: Kondratyuk, “Veli İbraimov: (1888 - 1928 gg.): Ştrixi k Portretu”, Кrımskoe İstoriçeskoe Оbozrenie, № 2, 2019, səh. 43-57; Vozgrin, Valeriy Ye., Istoriya Krımskih Tatar, Tom III, Qartbaba Production, Simferopol 2014, səh. 517 ).
İstintaq dövründə Vəli İbrahimə istinad edilən ittihamlar bunlardır: 1. Kırım Mərkəzi İcra Komitəsinin Başqanı Vəli İbrahim, sahib olduğu etibardan faydalanaraq, istər öz suçlarını, keçmişini və istərsə də fikirdaşı və yaxın dostu Əhməd Qeysərovun keçmişində görülən inqilab əleyhinə cinayetlerini ortaya çıxarabiləcək olan Seydamətov Əbdürrəhmandan qurtulmaq üçün 1927-ci ilin may ayında onu öldürmək üçün əmr verməsi;
2. 12 iyul 1927-ci ildə Akməsciddəki evində hazırlanan planla bağlı Qızıl partizan İbrahim Arif Çolağı bir işlə bağlı söhbət etmək bəhanəsi ilə aldadıb evinə çağıraraq boğub öldürməsi;
3.Yalıboyu rayonu dağlarında gizlənib, Seydamedova baş tutmayan suiqəsddə Əhməd Qeysərov dəstəsinə para ve silah təmin etməsi və dəstə üzvülərini Akməsciddə yaxın tanışlarının evlərində, Əhməd Qeysərovu da öz evində gizlətməsi, həmçinin Əhməd Qeysərov və yoldaşlarını xaricə qaçırmaq məqsədilə bir sıra təşəbbüsdə bulunması; (Bax: Dr. Kamelya Tekne, Sovyet Kırım’da Veli İbrahim Yılları,https: //www.historystudies.net/dergi/sovyet-kirimda-veli-ibrahim-yillari 202010e9c4bee.pdf;Vozgrin, göstərilən əsəri, səh.131, 517; Kondrat- yuk, göstərilən əsəri, səh. 44 ).
4. Kırım Kəndli Köç Cəmiyyətinin başqanı ilə yanaşı onun baş katibi Mustafa Abdullah ilə birlikdə öz şəzsi ehtiyacları, gizlənməkdə olan quldurlara yardım etmək və başqaları üçün Cəmiyyət parasından 37941 rubl alıb onları müdafiə etməsi ;
5. 1927-ci ilin iyun-iyul aylarında öz evində istintaq altında olan qaçaq Hafız Fakidovu gizlətməsi ; (Bax: Delo Veli İbraimova i Drugih, Krımgosizdat, Simferopol 1928, səh.33-37; Delo Veli İbraqimova i Druqix, Obvinitelnoe Zakluçenie Reçi Gosu-darstvennoqo i Obşestven- noqo Obviniteley, Priqovor, Krımqosizdat, Simferopol 1928, 518).
Duruşmanın savcısı və eyni zamanda komsomol lideri və bölgə partiya komitəsinin gələcəkdəki ilk katibi olan Bilal Çağar Vəli İbrahi- movu adı çəkilən dəstənin lideri olduğunu göstərərək ən ağır ittihamlar irəli sürmüşdü. Lakin o da on il sonra ölüm cəzasına çarpdırılmışdı (Geniş məlumat üçün bax: Çubarov, Elvedin - Qurtiyev, Refat, “Qırım MSSC”, Qırım Tarihı, Tezis Neşriyatı, Akmescid 2009, səh. 151-157. Delo Veli İbraqimova i Druqix, Obvinitelnoe Zakluçenie Reçi Gosu-darstvennoqo i Obşestvennoqo Obviniteley, Priqovor, Krımqosizdat, Simferopol 1928, səh.157; Eldar Seitbekirov, “Gibel Predsedatelya KrımTsiKa”,№ 19 (162), http://goloskrimanew.ru/gibel-predsedatelya-kryimtsika..., (E.T.09.03.2020) ).
Moskvadan gələrək duruşmaya qatılan dövlət ittihamçısı V. İ. Fridberq irəli sürdüyü ittihamları sovet düşüncəsinə uyğun olaraq de-tallı bir şəkildə işlənən “cinayətlərin” adi bir suç olmadığını irəli sürməklə yanaşı, həm də Vəli İbrahimovun üzərinə bolşevik inqilabının əleyhinə olduğu ittihamını yükləyərək məsələyə siyas bir don geyindir- mişdi. Yarqılanma sürəcində Vəli İbrahimin vəkilliyini yapan Nikolay Mixayloviç Daşkovun önü kəsilmiş, məhkəmə bitdikdən sonra o, vəkillikdən uzaqlaşdırılmış və duruşmadakı çıxışları səbəbilə on il sonar tutularaq yarqılanmış və ölüm cəzasına məhkum edərək 2 aprel 1938-ci ildə güllələnmişdi (Seçmələr bizimdir-A.Q. Bax: Delo Veli İbraqimova i Druqix, Obvinitelnoe Zakluçenie Reçi Gosu-darstven noqo i Obşestvennoqo Obviniteley, Priqovor, Krımqosizdat, Simferopol 1928, səh.38-41; Vozqrin, göstərilən əsəri, səh. 519,521).
Davadakı digər bir şəxs isə RSFSR Ali Məhkəməsinin cinayət işləri şöbəsinin səyyar bir başqanlığı vəzifəsində olan yəhudi əsilli Aron Soltz Stalinin Vəli İbrahimovun məhkəməsinin bir həftə içində bitiril- məsini istəyən teleqrafını alması ilə qərarı sürətləndirərək 124 28 aprel 1928-ci ildə Puşkin adına Dram Teatrda Vəli İbrahimovun ölüm cəzasına çatdırıldığı qərarını açıqıamışdı. Məhkəmədə son söz söyləyən Vəli İbrahimov bildirmişdi ki, “Xalqımın qarşısında deyil, ailəmin önündə suçlandım. Oğlumu və qızımı atasız buraxmaq mənim günahım. Suçlamalara gəlincə: bir Tatar atasözü var. Bir canavar köpək yemək istədi- yində öncə onu palçıqla kirlədir və sonra yeyir. Bu atasözü məhkəmə orqanlarımızın liderləri üçün də keçərlidir !” Vəli İbrahimov 40 yaşında yarqılanmanın ardından 9 may 1928-ci ildə Moskvada qurşuna düzülərək şəhid edilmişdir. Vəli İbrahimov Moskvada cəzasının infaz edildiyi tarixdə Sovetlərdə Stalinin təlimatı ilə ortadan qaldırılan ən yüksək statuslu Müsləman milli komünisti idi. (Seçmələr bizimdir-A.Q. Bax: Vəli İbrahimov ve Başqalarının İşi, səh. 61; Vozgrin, göstərilən əsəri, səh. 527; Doç. Dr. Kamelya Tekne, Sovyet Kırım'da Veli İbrahim Yılları, History Studies, 12/5, Ekim 2020, səh. 2651-2672https://www. instagram.com/ p/C dU_sQeM37m/).
Ardı var
AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent

