CHP-dəki rüşvət qalmaqalı böyüyür - Cinayət işi Ankara prokurorluğuna göndərildi
3-06-2026, 07:24
Türkiyə siyasəti böyük rüşvət və korrupsiya qalmaqalı ilə çalxalanır. Ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərliyi bələdiyyə seçkilərində namizədlik müqabilində pul tələb etməsinə, rüşvətə bulaşmasına dair hər gün yeni iddialar ortaya çıxır.
AzFakt.com xəbər verir ki, 2024-cü il bələdiyyə seçkiləri ərəfəsində Antalya Böyükşəhər Bələdiyyə başqanlığına namizəd olmaq üçün bələdiyyənin vəzifəsindən uzaqlaşdırılmış və həbs edilmiş sabiq sədri Muhittin Böcek və oğlu Gökhan Böceyin etiraflarından, 1 milyon avro rüşvət verdiklərinə dair təqdim etdikləri sübutlardan sonra Antalya Respublika Baş Prokurorluğu onlarla bağlı aparılan "pul tələbi və rüşvət ötürülməsi" iddialarına dair cinayət işi üzrə "səlahiyyətsizlik" qərarı verib.
İşin miqyası böyük olduğu üçün CHP-nin hazırkı sədri Özgür Özəl, həmçinin partiyanın tanınmış simaları və millət vəkilləri - Veli Ağbaba, Ali Mahir Başarır, Umut Akdoğan, Mustafa Erdem və Cavit Arı barəsində iddiaların araşdırılması və müvafiq sənədin (fezleke) hazırlanması məqsədilə cinayət işinin materialları Ankara Respublika Baş Prokurorluğuna göndərilib.