TEREF Türkiyə mediasına istinadən yazır ki, İzmirin Urla rayonunda 58 yaşlı N.K. leykemiya xəstəliyindən əziyyət çəkən və birlikdə yaşadığı 19 yaşlı oğlu B.K.-nı tapança ilə öldürüb, daha sonra isə eyni silahla intihar edib. Məlum olub ki, əvvəllər həyat yoldaşını itirən təqaüdçü N.K. bu əməli törədib və səbəbini müəyyən etmək üçün araşdırma başlayıb.