Kılıçdaroğlunun “Ədalət!” yürüşü bu gün başa çatır- DƏNİZ BAYKAL İSƏ ONU GECƏYARISI ZİYARƏT ETDİ - FOTO

9-07-2017, 09:50           

CXP-nin əski genəl başqanı və Antalya millət vəkili Dəniz Baykal ilə CXP genəl başqanı Kamal Kılıçdaroğlu gecəyarısı karavanda görüşüblər.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, Kılıçdaroğlunun “Kartal Dragos Meydanı”ndaki karavanında gerçəkləşən ziyarət təxminən 45 dəqiqə çəkib.
Ziyarətçilər arasında CXP İstanbul il başqanı Cemal Canpolat, CXP əski genəl başqan yardımcısı Yılmaz Ateş, CXP əski genəl sekretar yardımçısı Mehmet Sevigen və CXP Aydın millət vəkili Metin Lütfi Baydar da olub.
Baykalın bu gün İstanbulda- “Maltəpə”də düzənlənəcək olan mitinqə qatılacağı da məlum olub.
Qeyd edək ki, CXP və CXP genəl başqanı K. Kılıçdaroğlunun Ankaradan İstanbula doğru başlatdığı 25 günlük “Ədalət!” yürüşü bu gün başa çatır.
Bu gün Kılıçdaroğlu təkbaşına “Maltəpə” cəza evinə doğru 3 km-lik yürüş edəcək və yürüş mitinqlə sonuclanacaq.
Onu da qeyd edək ki, “Ədalət!” yürüşünə qarşı daim sərt sözlər söyləyən baş nazir Binəli Yıldırım sonuncu çıxışında bunları deyib:
“Ədalət” küçələrdə, yürüşlərdə də arana bilir. Amma ədalət arama yeri küçələr, yürüşlər deyil, Məclisdir (TBMM)…”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bunları bildirib:
“Bu, “Ədalət” yürüşü deyil, bir qəflət yürüşüdür…”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru