Türkiyəli jurnalist: Dünya erməni terroruna göz yummamalıdır

9-07-2017, 11:01           
Türkiyəli jurnalist: Dünya erməni terroruna göz yummamalıdır
Dünya dinc Azərbaycan əhalisinə qarşı erməni terroruna və təcavüzünə göz yummamalıdır.

Bunu Trend-ə Türkiyənin "Yeniakit" qəzetinin kolumnisti, Türkiyə prezident aparatı yanında "Akil İnsanlar" təşkilatının üzvü Əbdürrəhman Dilipak deyib.

Onun sözlərinə görə, ermənilərin Qafqazda həyata keçirdiyi işğalçılıq və terror siyasəti, qəbuledilməzdir.

Ə.Dilipak qeyd edib ki, dünya ictimaiyyəti ermənilərin bu hərəkətlərinə və müsəlmanlara qarşı etnik təmizləmə arapan dövlətlərə biganə yanaşır.

"İşğalçı Ermənistan və ya hər hansı qeyri-müsəlman ölkə olduqda dünya birliyi buna sadəcə göz yumur. Azərbaycanın dinc əhalisinə qarşı son erməni təcavüzü - buna bariz nümunədir", - jurnalist deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, İslam dünyasıda bu təcavüzə susur.

"Türkiyə həmişəki kimi, bu məsələdə Azərbaycan xalqını və hökumətini dəstəkləyəcək", - Ə.Dilipak deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru