PKK-nın siyasi qolu Türkiyənin ayaqlarına düşdü - "Vurmayın, danışaq"

26-07-2015, 00:25           
PKK-nın siyasi qolu Türkiyənin ayaqlarına düşdü - "Vurmayın, danışaq"
Türkiədə iki gündür davam edən həbslər və İraqdakı PKK terror təşkilatının mövqelərinin bombalanması kürdləri geri addım atma vadar edib.

Avropa.info xəbər verir ki, PKK-nın siyası qolu olan Xalqların Demokratik Partiyası (HDP) açıqlama verərək əməliyyatların dayandırılmasını istəyib.

HDP-nin verdiyi açıqlamada danışıqlar və müzakirələr yolu ilə həll olunmayacaq heç bir problemin olmadığı bildirilib. Açıqlamada bildirilir:

"Ərdoğan - AKP iqtidarının kürdlərə qarşı (PKK oxu:red) mübarizəni İŞİD-ə qarşı mübarizənin bir parçası halına gətirməsi qəbul olunmaz bir şeydir. Hərbi əməliyyatlar, bombardmanlar, kütləvi həbslər və basqınlar dərhal dayandırılmalıdır. Danışıqlar və müzakirələr yoluyla həll olunmayacaq heç bir problemimiz yoxdur."

Xatırladaq ki, PKK terrorçularının bir neçə gündür Türkiyənin müxtəlif bölgələrində terror aktlarına imza atması Türkiyə hökumətini özündən çıxarıb. Nəticədə ölkə daxilində PKK və İŞİD-ə qarşı kütləvi həbslər həyata keçirilmiş, İraqda yerləşən PKK mövqeləri isə bombardman olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]