Bu insanlar 5 il daha az yaşayırlar

29-11-2025, 15:54           
Bu insanlar 5 il daha az yaşayırlar
Məşhur insanların sıravi şəxslərlə müqayisədə orta hesabla təxminən beş il daha az yaşadıqları müəyyən edilib.

Moderator.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri alimlərin apardığı araşdırmaya istinadən məlumat yayıb.

Qəzet yazır ki, bunun əsas səbəbi məşhurluğun yaratdığı psixoloji təzyiqlərdir. Araşdırmada qeyd olunur ki, məşhur musiqi qruplarının solistləri gündəlik həyatda özlərini daha pis hiss edir və daha yüksək stress altında qalırlar. Onların daha az emosional dəstək alması və daha çox ictimai diqqət mərkəzində olması təhlükəni artırır.

“Bu, narahatedici göstəricidir. Çünki xüsusilə məşhur musiqiçilər erkən ölüm riskinə daha çox məruz qalırlar”, – deyə məqalədə bildirilir.

Bununla yanaşı, nəşr əlavə edib ki, alimlər araşdırmanın hələ tam nəticə kimi qəbul edilməməli olduğunu vurğulayırlar. Çünki dünyanın bir çox tanınmış sənət və mədəniyyət xadimi uzun ömür sürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru