Yürüş məsafəsi çox olan üç ən etibarsız biznes-sinif avtomobili - SİYAHI

30-11-2025, 12:14           
Yürüş məsafəsi çox olan üç ən etibarsız biznes-sinif avtomobili - SİYAHI
"Whatcar" portalı araşdırma apararaq, yürüş məsafəsi çox olan ən etibarsız biznes-sinif avtomobillərinin siyahısını dərc edib.

Oxu.Az portala istinadən xəbər verir ki, araşdırmaya görə, birinci yerdə 2021-ci ildən istehsal olunan "Mercedes-Benz C-Class" qərarlaşıb.

Bu avtomobillərin etibarlılıq reytinqi 76.3%-dir. Onların sahiblərinin 43%-i son vaxtlar avtomobillərində nasazlıqlarla üzləşib.

İkinci yeri 76.7% etibarlılıq göstəricisi ilə 2016-2023-cü illərdə istehsal olunan "Volvo S90" və 2016-cı ildən bu günə kimi istehsal edilən "Volvo V90" bölüşür. Bu avtomobillərin sorğuda iştirak edən sahiblərinin 47%-i nasazlıqlardan şikayətlənib.

Üçüncü yeri 2015-2024-cü illərdə istehsal olunan "Skoda Superb"in benzin versiyası tutur. Bu modelin etibarlılıq reytinqi 81.4%-dir. Sürücülərin 40%-i bu avtomobillə bağlı problemlərdən şikayətlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru