MilliÖn vətəndaşı aldadıb? - ŞİKAYƏT

3-12-2025, 10:44           
MilliÖn vətəndaşı aldadıb? - ŞİKAYƏT
MilliÖn şirkətinin keçirdiyi lotereya oyununda 200 manat udan Ramazanov Əsgər günlərdir pulunu ala bilmir.
O, bununla bağlı Bakupost.az -a müraciət edib.
Şikayətçinin sözlərinə görə, mükafat barədə ona bildiriş gəlib, lakin artıq 15 gündür vəsait hesabına köçürülmür:
“Hər dəfə zəng edəndə “bu həftə köçəcək” deyib yola verirlər. Verməyəcəksinizsə, niyə yalandan həvəsləndirirsiniz? Köçürməni etmək bu qədər çətindirmi? O məbləğin yarısı qədər pulu sizin qaynar xəttinizə zəng edib sərf etmişəm”.
Məsələ ilə bağlı MilliÖn-lə əlaqə saxladıq. Şirkətdən Bakupost.az -a bildirildi ki, burada saxtakarlıq və ya aldatma halı yoxdur:
“Lotereya oyunları keçirilib, növbəti oyun isə bu ay olacaq. Həmin şəxsə SMS göndərilibsə ki, pul qazanıb, ödəniş veriləcək. Hətta hədiyyə qazanan digər şəxslər də gəlib məhsullarını götürüblər. Sadəcə ödənişlərdə yüklənmə olduğu üçün gecikmələr yaşanır. Biz əvvəlcədən demişdik ki, ödənişlər 1 ay ərzində mərhələli şəkildə veriləcək.Müştərilərdə haqlı olaraq narazılıq yaranır, lakin buna əsas yoxdur. İlk lotereya oyununun nətiucələri noyabrın 18-i açıqlanıb və dekabrın 18-nə qədər bütün ödənişlər müştərilərin hesabına köçürüləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru