"Bəzi hallarda telefon qiymətinə Çin avtomobili almaq mümkündür" - Ekspertdən xəbərdarlıq VİDEO

5-12-2025, 16:44           
"Bəzi hallarda telefon qiymətinə Çin avtomobili almaq mümkündür" -
Son illər Azərbaycan bazarında Çin avtomobillərinin sayında kəskin artım müşahidə olunur. Yeni, sıfır kilometr avtomobillərin münasib qiymətə təklif olunması insanların bu bazara marağını xeyli artırıb.

Lakin 2026-cı ildən bu avtomobillərə tətbiq edilən gömrük güzəştlərinin aradan qaldırılması gözləntisi bəzi avtosalonları hərəkətə keçirib.

Son zamanlar sosial şəbəkələrdə Çində istehsal olunan ikinci əl (işlənmiş) avtomobillərin satışı ilə bağlı elanlara rast gəlinir.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bu tendensiya ilə bağlı münasibət bildirib:

"Sadəcə qiymət ucuz olsun deyə, baxırsınız ki, bəzi hallarda hətta bir mobil telefonun qiymətinə Çin avtomobili almaq mümkündür. Yəni ikinci əl, işlənmiş, qəzalı. Ona görə bu, böyük bir riskdir. Adamlar alırlar, kosmetik dəyişikliklər edirlər, sonra da vacib bir element sıradan çıxanda aylarla onun bir detalını gözləyirlər", - deyə o bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru