İrəvanın dörd adı

24-12-2025, 10:54           
İrəvanın dörd adı
İRƏVAN şəhəri BABIL çariçası DƏMIR AMIN, yəni SEMIRAMIN zamanında GÖYÇƏK ƏR, URARTU dövründə EREBA, yəni ƏROBA adlanırdı. ŞUMER dilində EBA sözü insanların bu dünyadakı, OBA sözü o dünyadakı yaşayış yerini bildirir. Bu barədə er.əv.ll minilliyə aid XATTI (XATAY) yazılarında, daha sonra ilk xristian salnamə lərində bilgilər vardır. O salnamələrə görə SEMIRAM öz sevgilisi GEGECIK ERI, yəni GÖYÇƏK ƏRI Araz çayı boyuna hakim təyin edir. VAN gölü ilə GÖYÇƏ gölünün arası onun adı ilə EREBA adlanır. Ermənilər əvvəlcə İrəvan çuxu rundakı qalanı İREBUNIi adlandırırdılar. Urartu dilində U mənsubluq, I təsirlik şəkilçisidir. Sonra ona ARINBERD adı verdilər. Biləndə ki, berd yəhudi sözüdür, qala yaxınlığında Qacarların saldığı şəhərə ERIVAN dedilər. 1936-cı ildə boş başlarını sındırıb şəhəri YEREVAN adlandırdılar. EREBA şəhərinin ilk sakinləri bizim əcdadları mız idilər. Urartu çarı SARI TURUN (SARDURUN) kitabəsində deyilir: O il Alpanların ölkəsinə qoşun yeritdim. Onlardan aldığım torpaqlarda böyük işlər gördüm. Ereba şəhərini abadlaşdırdım, susuz torpaqlara su çəkdirdim. XATE və ÇUPAN ölkələrindən ora 6 min 6 yüz ailə köçürtdüm. XATE qədim türklərin XATAY, ÇUPAN ÇOBAN xalqıdır. Qafqaza gələnə qədər Suriyanın şimalında yaşayırdılar. Onların KIZIL İRMAK çayı boyunda BAQ ŞUŞA, MAMA, AM KUBA, SAMUX OVA, SAPUN OVA, KÜMAN OVA adlı şəhərləri var idi. Ümumi adla XATE, XATTI adlandırılan o nəsillərin dili Türk dilləri kimi iltisaqi olmuşdur. XATAYLAR, ÇOBANLAR ataya ATA, atanın atasına BABA, ananın atasına TATA, anaya AMA, cadugər qadınlara KAM AMA, dan yerinə və işıq tanrısına EŞTAN, günəş tanrısına DINQIR UTU, göy gurultusu tanrısına DINQIR IŞ-KUR, bəbirə BARS, hakimə TƏPƏR, yerə ZIR, göyə GÖK, evə E, obaya EBA deyirdilər. Urartu qaya yazıları aydın göstərir ki, İrəvan çuxurunun ən qədim əhalisi XATAY, ÇOBAN, ƏRƏN TÜRKLƏRI olmuşdur. Ermənilər URARTU yazılarındakı XATAY ölkəsini KTAYK adlandırırlar. Ktayk kitaylar deməkdir. QRABAR mətnlərində k çoxluq və etnik mənsubluq şəkilçisidir. Orta yüzil müsəlman tarixçilərinin əsərlərində şəhər Xətay, bəzən də Kitay adı ilə brrilir. KTAY və ya XƏTAY xalqının çoxu ŞIMALI ÇINDƏ qalmışdır. RUSLAR Çini qədim bir TÜRK xalqının adı ilə KITAY adlandırırlar. Çinlilər özləri özlərinə Kitay demirlər. Kitay şimalda yaşayan bir Türk xalqına deyirlər. Türkiyədəki xataylar YAQUB peyğəmbərin zamanında FƏLƏSTINI, YUSIF peyğəmbərin zamanında MISIRI tutmuşdular. Bu döyüşlərlə bağlı FIRON lll TUTMOSUN kitabəsində məlumat verilir. Xatayların XITALI adlı bir patriarxı er.əv.XXlll əsrdə ELAMIN AVAN vilayətinin hakimi olmuşdur. O, Anadoluya qayıdanda AVAN xalqını VAN GÖLÜ vadisinə gətirdi. Göl onların adı ilə AVAN adlandı. Türkiyə ilə Suriya arasındakı qədim XATAY ölkəsinə indi qardaş Türkiyədə HATAY, AVAN gölünə VAN deyirlər. Bu məqamda istər-istəməz düşünürsən: Biz öz tariximizi hansı səviyyədə bilirik? Cavab aydındır: Çox aşağı səviyyədə.
ILHAM CƏFƏRSOY
TARIXÇI ALIM
TEREF














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru