“Kanon” aptekdən alınan uşaq qidası yararsız çıxdı

6-02-2026, 09:34           
“Kanon” aptekdən alınan uşaq qidası yararsız çıxdı
Bakıda aptekdən alınan uşaq yeməyində nöqsan aşkarlanıb.

TEREF-in məlumatına görə, vətəndaş C.Mirzəliyev 7-ci mikrorayonda yerləşən “Kanon” aptekdən “Kendamil” adlı uşaq yeməyini alıb:

“Məhsulun istehsal tarixi keçməyib, amma hazırlayanda içində düyünlər əmələ gəlir. Bu da uşaq üçün olduqca təhlükəlidir. Aptekə apardım, yoxladılar. Haqlı olduğumu bildirdilər. Müdiriyyətə məlumat verdilər. Dedilər ki, pulunuzu geri qaytaracağıq. Üstündən 3 gün keçdi. Zəng etdilər ki, geri qaytarma edə bilmərik”, – deyə vətəndaş əlavə edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Məsələ AQTA tərəfindən nəzarətə götürülüb, araşdırılır.Unikal












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]