Avtomobildə bəzən təhlükəsizlik kəmərindən istifadə edilməyə bilər - Qanun nə deyir? - VİDEO

Bu gün, 16:38           
Avtomobildə bəzən təhlükəsizlik kəmərindən istifadə edilməyə bilər -
Avtomobildə təhlükəsizlik kəmərini bağlamaq həyatımızı xilas edə biləcək ən vacib amillərdən biridir. Lakin qanunvericilikdə bəzi istisna hallar nəzərdə tutulub ki, bu zaman təhlükəsizlik kəmərindən istifadə edilməməsinə icazə verilir.

Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu təhlükəsizlik kəmərindən istifadə edilməməsi ilə bağlıdır.

Kimlər təhlükəsizlik kəmərindən istifadə etməyə bilər?


"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, aşağıdakı hallarda və şəxslər tərəfindən təhlükəsizlik kəmərinin bağlanmamasına yol verilir:

- 12 yaşınadək uşaqlar;

- Hamilə qadınlar;

- Nəqliyyat vasitəsini geriyə doğru idarə edən (geriyə manevr edən) sürücülər;

- Sürücülüyü öyrənən şəxs avtomobili idarə edərkən həm onun özü, həm də sükan arxasında əyləşən təlimçi (öyrədən şəxs);

- Yaşayış məntəqələrində olarkən - operativ nəqliyyat vasitələrinin (təcili tibbi yardım, yanğınsöndürən, polis və s.) həm sürücüləri, həm də sərnişinləri.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru