Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində korrupsiya faktları…

Bu gün, 10:18           
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində korrupsiya faktları…
​Belə ki, sözügedən regionun rəisi Nail Məmmədov haqqında əsassız pul tələbləri, müəllimlərin dərs saatlarından yığılan vəsaitlər, dəftərxana ləvazimatları adı altında tenderlərin əldə olunub mənimsənilməsi, Regional Mədəniyyət İdarəsində Həmkarlar İttifaqına yığılan pulların mənimsənilməsi, müəllimlərə verilən dərs saatlarının satılması və Tarix-Mədəniyyət Abidələrinin qorunması üçün ayrılan maliyyənin mənimsənilməsi haqqında ilginc faktlar mövcuddur.

​Azərbaycan xalqının çoxəsrlik irsi və sərvəti olan tarixi abidələrin, mədəniyyət nümunələrinin qorunması, bərpası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə dövlət büdcəsindən ayrılan pullar mənimsənilir.

​Regionun musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatları rəsmiləşdirilərək, bunun müqabilində onların əməkhaqlarından tutulan vəsaitlərin, habelə qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanması iddia olunur.

​Gəncə-Daşkəsən regionunun musiqi məktəbləri, mədəniyyət evləri, kitabxanaları, rəsm məktəbləri, qalereyaları, klubları, muzeyləri və s. mədəniyyət müəssisələrinin tikinti, cari və əsaslı təmir işlərinə görə ayrılan dövlət vəsaitlərinin müntəzəm olaraq nağdlaşdırılıb mənimsənilməsi haqqında məlumatlar əldə olunub.

​Digər əldə etdiyimiz məlumatlara görə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov tenderdə iştirak edən şirkətləri Mədəniyyət nazirinin müavini ilə məsləhətləşir. Mədəniyyət nazirinin müavini şirkəti özü təyin edir. Burada maraqlı məqam odur ki, tender şirkətlərini nazir müavininin təyin etməsində nə kimi marağı var? Sual doğurur.

​2025-2026-cı illər ərzində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində cari təmir işlərinin aparılması üçün ayrılan tender vəsaitinin 10 faizinin mənimsənildiyi, hətta bu cinayətdə, korrupsiya əməllərində və dövlət pulunu mənimsəmədə tender şirkətlərinin də iştirak etdiyi bildirilir.

​Bu hallar vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı, bilərəkdən təkrar rüşvət alma, külli miqdarda mənimsəmə və ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə sayılır.

​Qeyd edək ki, dövlət qurumlarının yoxlama tədbirlərində il ərzində büdcədən ayrılan maliyyənin xərclənməsi, icrası və digər öhdəliklərin yerinə yetirilməsi araşdırılsa, ciddi uyğunsuzluqların olduğu məlum olar. Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində maliyyə şəffaflığı və səmərəlilik çox aşağı səviyyədədir.
yerli.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru