Sankt-Peterburqa PUA-larla hücum - Yaralananlar var
Bu gün, 16:48
Rusiyanın Sankt-Peterburq şəhərində pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində bir neçə infrastruktur obyekti zərər dəyib.
Hadisə bu gün səhər saatlarında şəhərin Kronştadt, Kirovski və Krasnoselski rayonlarında qeydə alınıb. Bildirilir ki, hücum nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Açıqlamada qeyd olunur ki, insident zamanı ölən olmayıb. Hücum nəticəsində bir sıra obyektlərə ziyan dəyib və ərazilərdə təmizləmə, eləcə də bərpa işləri davam etdirilir. Hadisənin təfərrüatları və dəyən ziyanın həcmi barədə əlavə məlumat verilməyib. Hücumla bağlı araşdırma aparılır.