“1988-ci ilə qədər Ermənistanda yaşamış azərbaycanlıların siyahısı dəqiqləşdirilir?”

Bu gün, 16:26           
“1988-ci ilə qədər Ermənistanda yaşamış azərbaycanlıların siyahısı dəqiqləşdirilir?”
“Artıq bir neçə həftədir ki, Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti 1988-ci ildən əvvəl Sovet Ermənistanında yaşayan azərbaycanlıların əvvəlki qeydiyyat ünvanları barədə məlumatların toplanması və inventarlaşdırılması üzərində işləyir”.

Tribuna.az xəbər verir ki, bu iddia ilə İrəvanda yayınlanan “İşxanutyun” Agentliyi çıxış edib.

Hökumətdəki mənbələrə istinad edən agentlik yazıb ki, toplanan məlumatların gələcəkdə Azərbaycanlıların geri qayıtması prosesini təşkil etmək və ya qanuniləşdirmək üçün istifadə edilə bilər.

Qeyd edək ki, Ermənistan DİN-i bu məlumatı təkzib edib. Onlar bu istiqamətdə hər hansı fəaliyyətlərinin olmadığını qeyd ediblər.

Bəzi ekspertlər isə bu tip məlumatların Rusiya kəşfiyyatının əli ilə dövriyyəyə buraxıldığını iddia edir. Onların sözlərinə görə, məqsəd seçki öncəsi Paşinyanı nüfuzdan salmaq və əhalini etiraza qaldırmaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru