"iPhone 18 Pro"nun batareya sürprizi: Hər ölkədə eyni olmaya bilər

Bu gün, 15:44           
"iPhone 18 Pro"nun batareya sürprizi: Hər ölkədə eyni olmaya bilər
“iPhone 18 Pro” ilə bağlı yeni məlumatlar ortaya çıxmağa davam edir. Son günlər yayılan maket görüntülər cihazın dörd fərqli rənglə təqdim oluna biləcəyini göstərir. Bunlar arasında tünd qırmızı rəng seçimi də yer alır. Eyni zamanda “Apple”ın dəyişkən diafraqmalı yeni kamera sistemi üzərində işlədiyi də iddia olunur.

Valyuta.az xəbər verir ki, çinli sızıntı mənbəyi “Digital Chat Station” isə cihazın texniki detalları ilə bağlı yeni məlumatlar paylaşıb.

Sızıntıya görə “Apple” “iPhone 18 Pro” modelində regionlara görə fərqli batareya tutumlarından istifadə edə bilər. İddiaya əsasən, Çin üçün hazırlanan prototipdə təxminən 4.056 mAh, ABŞ versiyasında isə təxminən 4.288 mAh tutumlu batareya yer alır.

Qeyd olunur ki, bu məlumatlar hələ prototip mərhələsinə aiddir və kütləvi istehsala qədər dəyişə bilər. “Apple” adətən son mərhələdə texniki göstəricilərdə düzəlişlər edir.

Daha əvvəl yayılan məlumatlara görə, “iPhone 18 Pro” seriyası “Apple”ın 2 nanometrlik istehsal prosesi ilə hazırlanan A20 Pro prosessoru ilə gələ bilər.

Kamera tərəfində isə dəyişkən diafraqma sistemi və görüntü sensorlarında təkmilləşdirmələr gözlənilir. Şirkətin 3 ədəd 48 MP kameradan ibarət sistemi qoruyacağı, əsas dəyişikliklərin isə əsas kamerada olacağı bildirilir.

Digər iddiaya görə, “Apple” daha inkişaf etmiş kamera donanımının xərclərini istifadəçiyə tam yükləmək əvəzinə, müəyyən hissəsini özü qarşılamayı nəzərdən keçirir.

Mövcud məlumatlara əsasən, “iPhone 18 Pro” dizayn baxımından böyük dəyişiklik gətirməyəcək. Daha böyük yeniliklərin 2027-ci ildə, “iPhone”un 20 illiyinə xüsusi hazırlanacaq modeldə təqdim olunacağı deyilir.

Qeyd edək ki, bütün bu məlumatlar erkən mərhələ sızıntılara əsaslanır və “Apple”ın rəsmi planlarında istehsal öncəsi dəyişikliklər ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru