Azərbaycanlının kartına səhvən 1 trilyon pul gəldi
Bu gün, 16:34
Türkiyədə yaşayan Azərbaycan əsilli şəxs səhvən dünyanın ən varlı adamlarından birinə çevrilib.
TEREF Ölkə.az-a istinadla xəbər verir ki, hadisə Van şəhərində baş verib.
Belə ki, 10 il əvvəl Türkiyəyə köçən və hazırda 32 yaşı olan Əhməd Cahanqard Takalo adlı şəxsin bank hesabına 1 trilyon lirə (təx. 38 milyard manat) pul köçürülüb.
Ə.Takalo marketdən alış-veriş edərkən kartında yaşanan problemə görə banka müraciət edib.
Baxış zamanı onun bank hesabında 1 trilyon lirəyə yaxın ( 999 milyard, 99 milyon, 999 min 999 lirə 99 qəpik) pul olduğu üzə çıxıb. O, bir aya yaxındır bank hesabına daxil ola bilmədiyini və pulun haradan göndərilməsindən xəbərsiz olduğunu söyləyib.
Pulun mənşəyi bəlli olmadığından dövlət qurumları tərəfindən onun hesabı bloklanıb.
Takalonun bank hesabında görünən pul təxminən 21.8 milyard dollar olub. Bu məbləğ onu dünyanın ən varlı 120 adamından biri kimi göstərib.