Onlayn alış-veriş edənlər üçün vacib yenilik: Məhsul sifariş verənləri nə gözləyir? - VİDEO

Bu gün, 16:18           
Onlayn alış-veriş edənlər üçün vacib yenilik: Məhsul sifariş verənləri nə gözləyir? - VİDEO
Xaricdən məhsul sifariş edənlər üçün qaydalar dəyişib.

Gömrük bəyannamələri artıq yeni qaydada bəyan ediləcək. Bundan sonra fərdi identifikasiya nömrəsi ilə sistemə daxil olaraq "Elektron Ticarət Bəyannaməsi" xidmətindən istifadə etmək mümkün olmayacaq.

TEREF"Xəzər" TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Kənan Quluzadənin sözlərinə görə, "Smart Customs" sisteminə giriş artıq FİN kod və parol vasitəsilə deyil, "ASAN İmza" və "SİMA" üzərindən həyata keçiriləcək.


Ekspert bildirib ki, qaydalardakı bu dəyişiklik xaricdən məhsul sifariş edənlərin işini müəyyən qədər çətinləşdirə bilər.

Elektron ticarət üzrə mütəxəssis Nicat Manafov isə qeyd edib ki, əvvəllər başqa şəxslərin adına açılmış profillərin şifrə və parollarından istifadə etməklə onların adından məhsul sifariş etmək mümkün idi. Lakin yeni qaydalara əsasən, bu artıq mümkün olmayacaq.

Ekspertin sözlərinə görə, yeni sistem, xüsusilə, yaşlı nəsil üçün bəyannamə prosesində müəyyən çətinliklər yarada bilər. Bununla belə, zaman keçdikcə istifadəçilərin yeni qaydalara uyğunlaşacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru