New-Yorkun Msnhetten bölgəsində, küçədə 22 yaşlı tələbə qız kanalizasiya lyukuna düşüb VİDEO
Bu gün, 12:08
Xəbərlərə görə, dünən, New-Yorkun Msnhetten bölgəsində, küçədə 22 yaşlı tələbə qız Fabiana əlindəki mobil telefonu izləyərək yolla gedirmiş, ayağını "lyukun" qapağına basıb, qapaq çevrilib və yazıq qızı sanki əjdaha kimi "lyuk" udub. Sən demə, bir qədər əvvəl, işçilər lyukda işlər görüb gedəndə, qapağı yerinə tam düz oturtmayıblar. Qız suyun içində başlayır batmağa. Tərslikdən qapaq da, bir də çevrilib, qızın üstünü bağlayıb səs qışqırtısı da çatmır bayıra. Təsadüfdən bu hadisəni motosikldən düşan gənc oğlan görür. Qaçır köməyə, qızı dartıb çıxara bilmir. Yaxında keçən adamları çağırır. Köməkləşib,.çıxarırlar. Qız müxbirlərə deyir, su yığılmışdı boğazacan, köməksiz dar yerdə idim. Artıq, dedim, ölürəm. O işçiləri və rəhbərini dərhal polis tapıb, həbs edib, cinayət işi qaldırılıb, yəqin ki, cəza verilər. Ilqar Altay