Rusiyadan Ermənistana növbəti qadağa - Kartof, badımcan və quru meyvələr də göndərə bilməz
Bu gün, 11:18
"Rosselxoznadzor" iyunun 3-dən Rusiyaya ixrac edilən və Rusiya vasitəsilə digər Aİİ ölkələrinə göndərilən bir sıra Ermənistan məhsullarına yeni məhdudiyyətlər elan edib. Bu, xüsusilə Ermənistandan göndərilən kartof, badımcan və quru meyvələrə aiddir.
Qurumun bildirdiyinə görə, "məhdudiyyətlər göndərilən malların təhlükəsizliyini təmin etmək üçün aydın bir alqoritm hazırlanana qədər qüvvədə qalacaq".
Ermənistanda 7 iyun parlament seçkiləri öncəsi Rusiya keyfiyyət uyğunsuzluqlarını əsas gətirərək bu ölkədən bir sıra malların bazara girişini məhdudlaşdırıb.